
Xəbərlər
18.11.2023, 22:09
BƏLKƏ ÇOXDAN ÖLMÜŞƏM - FOTO
BƏLKƏ ÇOXDAN ÖLMÜŞƏM
Bircə əlçim buludam,
Yağasıyam, yağası.
Çiliklənmiş ömrümü,
Yığasıyam, yığası.
Mən bir qərib durnayam,
Köçümdən ayrı düşdüm.
Köksümdə yurd həsrəti,
Yanıb, qovrulub bişdim.
Dərdi başından aşan,
Üzdə gülən adamam.
Ölümə sinə gərib,
Hər gün ölən adamam.
Gözümdə qəm gizlədib,
Qəh qəhəylə gülmüşəm.
Axı hardan biləsən,
Bəlkə çoxdan ölmüşəm.
Daşa dönüb ürəyim,
Buz bağlayıb hissim də.
Daha çətin qırılar,
Yolumdakı tilsim də.
Bircə əlçim buludam,
Yağasıyam, yağası.
Çiliklənmiş ömrümü,
Yığasıyam, yığası.
Yağasıyam, yağası.
Çiliklənmiş ömrümü,
Yığasıyam, yığası.
Mən bir qərib durnayam,
Köçümdən ayrı düşdüm.
Köksümdə yurd həsrəti,
Yanıb, qovrulub bişdim.
Dərdi başından aşan,
Üzdə gülən adamam.
Ölümə sinə gərib,
Hər gün ölən adamam.
Gözümdə qəm gizlədib,
Qəh qəhəylə gülmüşəm.
Axı hardan biləsən,
Bəlkə çoxdan ölmüşəm.
Daşa dönüb ürəyim,
Buz bağlayıb hissim də.
Daha çətin qırılar,
Yolumdakı tilsim də.
Bircə əlçim buludam,
Yağasıyam, yağası.
Çiliklənmiş ömrümü,
Yığasıyam, yığası.
Aybəniz Qaragilə Qafarlı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay