Turaztv.az » Xəbərlər » GEDƏSƏN - FOTO
Xəbərlər / Nesr

GEDƏSƏN - FOTO

25.07.2023, 00:45 642
GEDƏSƏN - FOTO
GEDƏSƏN

Düşəsən yolun ağına,
Biryolluq çıxıb gedəsən.
Dərdlərini boğçalayıb,
Köksünə sıxıb gedəsən.

Dönmədən qula,köləyə,
Baxmayıb hiylə, kələyə
Bivəfa, dönük ürəyə,
Od vurub, yaxıb gedəsən.

Könlünü döndərib daşa,
Ömrü verməyəsən boşa,
Dünya olubsa tamaşa,
Candərdi baxıb gedəsən.

Baxmayasan bir kimsəyə,
Ağıllıya, nə də səyə
Dönüb bir dəli şimşəyə,
Yumruğun çaxıb gedəsən

Doğmadan , yaddan ayrılıb,
Şöhrətdən,addan ayrılıb,
Şeirdən-zaddan ayrılıb,
Ulduztək axıb gedəsən.

Yolu boynuma dolayıb,
Köksümdə ocaq qalayıb,
Əlimi qana bulayıb,
Ölümü yıxıb gedəsən.


Aybəniz Qaragilə Qafarlı

GEDƏSƏN - FOTO
GEDƏSƏN - FOTO

Oxşar xəbərlər