Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ: ÖMÜR BƏLKƏ YUXUDUR - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ: ÖMÜR BƏLKƏ YUXUDUR - FOTO

23.03.2023, 20:39 448
QIZBƏS QƏBƏLƏ: ÖMÜR BƏLKƏ  YUXUDUR - FOTO
ÖMÜR BƏLKƏ YUXUDUR.

Düşünüb ağlıma gəlir gör nələr -
Bir gün bu dünyada olmayacağam.
Donub, boğazımda qalır kəlmələr,
Bəlkə də heç yaşa dolmayacağam...

Ömürə, qismətə etibarmı var ?
Ötür zaman gedir, ötür an gedir.
Fələk neçə ömrü edir tarı - mar,
Hər gün dünyamızdan neçə can gedir.

Hər gedən ömürlə köçür dünyadan,
Neçə min xəyallar, neçə arzular.
Bəs niyə qurur bu xəyalı adam,
Dönürsə heçliyə, heçə arzular ?

Yox - yox bədbinliyə qapılmıram mən,
Gələn getməlidir, bir qayda budur.
Amma istədim ki yazım ölmədən,
Ömür bəlkə röya, bəlkə yuxudur.

QIZBƏS QƏBƏLƏ: ÖMÜR BƏLKƏ  YUXUDUR - FOTO

Oxşar xəbərlər