Bakıda Latviya Respublikasının elan olunmasının 105 illiyi qeyd edilib
Latviya Respublikasının elan olunmasının 105-ci ildönümü münasibətilə noyabrın 17-də Bakıda rəsmi qəbul təşkil edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Rəsmi qəbulda əvvəlcə Azərbaycanın və Latviyanın Dövlət himnləri səsləndirilib.

Ölkəsinin tarixinə, keçdiyi inkişaf yoluna nəzər salan Latviya səfiri Edqars Skuya Azərbaycan-Latviya əlaqələrinin müxtəlif sahələrdə dinamik inkişafından danışıb. Ölkələrimiz arasındakı diplomatik əlaqələrin 2024-cü ildə 30 illiyinin qeyd olunacağını diqqətə çatdıran səfir, münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

"Latviya həm də Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək göstərir", -deyə o qeyd edib. Ölkələrimiz arasındakı əlaqələrin beynəlxalq arenada da uğurla inkişaf etdiyindən söhbət açan Edqars Skuya, əlaqələrin bundan sonra da uğurla inkişaf edərək dərinləşəcəyinə əminliyini bildirib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Samir Şərifov Azərbaycan hökuməti adından Latviya xalqını Respublikanın yaranmasının 105-ci ildönümü münasibətilə təbrik edib.

Azərbaycan-Latviya münasibətlərinin strateji əhəmiyyət daşıdığını qeyd edən nazir müavini, ölkələrimizin bir-birini hər zaman dəstəklədiklərini deyib.

Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında ikitərəfli əlaqələr inkişaf mərhələsinə qədəm qoyub. Yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr, imzalanan sənədlər əlaqələrimizin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

Son xəbərlər

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930