Xəbərlər
29.09.2026, 00:30
ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu
ABŞ Boliviya, Kolumbiya, Peru və Ekvadorun bəzi rəsmilərinə viza məhdudiyyətləri tətbiq edib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Tommi Piqot bildirib.
Məhdudiyyətlər korrupsiya və narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu bildirilən 12 Boliviya, 2 Kolumbiya, 1 Peru və 2 Ekvador vətəndaşına şamil olunub. Onların arasında keçmiş və hazırkı prokurorlar, hüquq-mühafizə orqanlarının əməkdaşları və hakimlər var.
Dövlət Departamenti bəzi şəxslərin əvvəllər verilmiş ABŞ vizalarının da ləğv ediləcəyini açıqlayıb.
Qeyd edək ki, Vaşinqton Latın Amerikası ölkələri ilə narkotik kartellərinə qarşı mübarizəni gücləndirir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

