Bakıda İsrailin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Mayın 30-da Bakıda Heydər Əliyev Mərkəzində İsrail Dövlətinin Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

Turaztv.az AZƏRTAC -a istinadən xəbər verir ki, tədbirdə ölkəmizdə rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq, birinci xanım Mixal Hersoq, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, dövlət və hökumət nümayəndələri, din xadimləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirildi.

İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirdi ki, İsrail və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında dostluq münasibətləri inkişaf edir, ikitərəfli strateji tərəfdaşlığımız daha da dərinləşir.

Sonra çıxış edən İsrail Prezidenti İsxak Hersoq qeyd etdi ki, bu il İsrail öz müstəqilliyinin 75-ci ildönümünü qeyd edir. Eyni zamanda, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümüdür. İki ölkənin müstəqillik günləri bir-birinə yaxın tarixlərdə qeyd olunur. Ölkələrimiz arasındakı sıx əlaqələr yalnız qarşılıqlı marağa deyil, hər şeydən əvvəl ortaq dəyərlərə əsaslanır.

İsrailin və Azərbaycanın davamlı tərəqqi və inkişaf yolu ilə irəlilədiyini vurğulayan Prezident İsxak Hersoq deyib ki, xalqlarımız arasındakı əlaqələrin qədim tarixi var. Yəhudilər üçün Azərbaycan təhlükəsiz məkandır, onlar burada inkişaf edib, öz mədəniyyətlərini qoruyub saxlayıblar. Yəhudilər yalnız öz icmaları çərçivəsində deyil, Azərbaycanın zəngin siyasi və mədəni mühitində də tərəqqi tapıblar. Bu, kiçik məsələ deyil. Dinlərarası əməkdaşlıq və xalqlararası tolerantlıq, qarşılıqlı hörmət hər iki ölkənin üstünlük verdiyi dəyərdir. Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması əlaqələrimizin yeni müstəvidə inkişafına kömək edəcək.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İsrail Dövlətinin milli bayramı – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi təbriklərini və xoş arzularını çatdırıb. Bildirib ki, İsrail Dövlətinin milli bayramının Ulu Öndərin adını daşıyan Mərkəzdə təntənəli şəkildə qeyd edilməsi olduqca əlamətdar bir haldır. Azərbaycan-İsrail əlaqələrinin təməli məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onu uğurla davam etdirir. Müstəqilliyinin 75 ili ərzində böyük inkişaf yolu keçən İsrail Dövlətinin əldə etdiyi nailiyyətlər ölkəmizdə böyük rəğbətlə izlənilir. Bu, təsadüfi deyil. Çünki Azərbaycanla İsraili qarşılıqlı hörmət və etimada əsaslanan əsl dostluq münasibətləri birləşdirir.

Ötən il diplomatik münasibətlərimizin qurulmasının 30-cu ilinin tamam olduğunu xatırladan Sahibə Qafarova xalqlarımız arasındakı əlaqələrin daha dərin tarixi köklərə malik olduğunu diqqətə çatdırıb.

Sonra İsrail Prezidentinə Azərbaycan xalçası hədiyyə olundu.

Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi.

Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930