Xəbərlər
29.09.2026, 00:36
Yeni icra başçısı Harvard məzunudur
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bugünkü Sərəncamı ilə Natiq Oruc oğlu Əliyev Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
"Turaztv.az" "Unikal" -a istinadən Natiq Əliyevin dosyesini təqdim edir:
Əliyev Natiq Oruc oğlu 2007-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2011-ci ildə həmin universitetdə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2015-ci ildə hüquq üzrə magistratura pilləsini başa vurub.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasında müxtəlif vəzifələrdə, 2021-ci ildən isə Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.
Cənubi Koreyada Koreya İnkişaf İnstitutunda və Harvard Universitetinin Kennedi adına Dövlət İdarəçilik Məktəbində dövlət idarəçiliyi üzrə proqramlarından məzun olub. Lozanna Federal Politexnik Məktəbinin (EPFL) şəhər infrastrukturunun idarə edilməsi proqramını tamamlayıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay