Xəbərlər
29.09.2026, 00:42
Yeni təyin olunan icra başçısı onun müavini imiş
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Şahtaxtı kəndində anadan olub.
H. Babayev əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb, 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində çalışıb.
Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2022-ci il tarixli Sərəncamı ilə Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində işləyib.
Hacıbaba Babayev 2022-ci ildən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin müavini vəzifəsində çalışıb.
Prezidentin Sərəncamı ilə 2017-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

