Bakıda Küveytin Dövlət müstəqilliyinin 62-ci ildönümü qeyd edilib
Fevralın 22-də Küveytin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı – Dövlət müstəqilliyinin 62-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi şəxslər, səfirlər, media təmsilçiləri, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib.

Küveytin ölkəmizdəki səfiri Abdullah Mohamed Abdullah Almauidi dövlət müstəqilliklərinin 62-ci, işğaldan azad olunmasının 32-ci ildönümünün qeyd olunmasından məmnunluğunu ifadə edib. Ölkəsinin inkişaf yolundan danışan səfir Küveyt və Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə böyük tərəqqiyə nail olunduğunu vurğulayıb.

Diplomat ölkələrimiz arasında gündən-günə genişlənən əlaqələrin qarşılıqlı səfərlərin, yüksəksəviyyəli görüşlərin ikitərəfli münasibətlərin daha sürətlə inkişafına əlverişli zəmin yaratdığını qeyd edib. Azərbaycan və Küveyt arasında parlamentlərarası əlaqələrdən də danışan səfir Azərbaycan Milli Məclis sədrinin Küveytə dəvət olunduğunu da diqqətə çatdırıb.

Abdullah Mohamed Abdullah Almauidi Küveyt və Azərbaycan arasında Hökumətlərarası Birgə Komissiyanın üçüncü iclasının yaxın aylarda ölkəsində keçiriləcəyini bildirib.

Səfir zəlzələ nəticəsində Türkiyə və Suriyada həyatını itirənlərə rəhmət, yaralılara şəfa diləyib.

Əlamətdar gün münasibətilə Küveyt xalqını təbrik edən Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, iki ölkəni ortaq din, tarixi və mədəni əlaqələr birləşdirir. Ölkələrimiz müəyyən vaxtlarda hərbi təcavüzə məruz qalıb, beynəlxalq hüququn norma və prinsipləri əsasında mübarizə apararaq öz müstəqilliklərini bərpa ediblər. Dövlət rəhbərinin müdrik siyasəti nəticəsində ölkələrimiz regional müstəvidə böyük nüfuz qazanıblar.

Ölkələrimizin Şərqlə Qərb arasında ticarət əlaqələrinin inkişafında rolundan danışan nazir müavini deyib ki, Azərbaycanla Küveyt arasında iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan-Küveyt əlaqələrinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Fariz Rzayev ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiklərini söyləyib.

Nazir müavini bildirib ki, Küveyt Azərbaycanın haqq işi uğrunda mübarizəsində həmişə yanında olub. Dost ölkənin dəstəyi Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirilir. “Əminik ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə Fariz Rzayev əminliyini ifadə edib.
Bakıda Küveytin Dövlət müstəqilliyinin 62-ci ildönümü qeyd edilib

Son xəbərlər

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930