
Xəbərlər
25.11.2022, 00:21
Hədəli könlüm - Əfşan Yusifqızı
Yaman kövrəlibdi, yaman dolubdu,
Hamıdan incikdi, bu dəli könlüm.
Neyləsən açılmaz, gültək solubdu,
Çat üstən, çat verən zədəli könlüm.
Ellərin ağzında dilə dönübdü,
Nazilib, incəlib tülə dönübdü.
Odlanıb, alışıb, külə dönübdü,
Sanki bir tənədən gödəli, könlüm.
Əfşanın sözlərin gəl, sanma hədər,
Hopubdu ruhuna, bədbinlik, kədər.
Bir gün görərsən ki, baş alıb gedər,
Zamanın zülmüylə hədəli könlüm.
Hamıdan incikdi, bu dəli könlüm.
Neyləsən açılmaz, gültək solubdu,
Çat üstən, çat verən zədəli könlüm.
Ellərin ağzında dilə dönübdü,
Nazilib, incəlib tülə dönübdü.
Odlanıb, alışıb, külə dönübdü,
Sanki bir tənədən gödəli, könlüm.
Əfşanın sözlərin gəl, sanma hədər,
Hopubdu ruhuna, bədbinlik, kədər.
Bir gün görərsən ki, baş alıb gedər,
Zamanın zülmüylə hədəli könlüm.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








