Xəbərlər
7.06.2026, 21:08
MİLLİ QURTULUŞ GÜNÜ – AZƏRBAYCANIN TALEYİNİ DƏYİŞƏN ZƏFƏR TARİXİ
Rüfət Hüseynzadə,
Pedaqoji elmlər doktoru, Professor, Əməkdar Müəllim.
Soltanəli Qurbanov,
Səbail YAP “Üzeyir Hacıbəyov – 68” Ərazi Partiya Təşkilatının sədri, ADPU-nun dosenti
Taleyinə yenidən müstəqillik qazanmaq yazılan Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə xaos, hakimiyyət böhranı, anarxiya kulminasiya həddinə çatdı. Hərc-mərcilik, özbaşınalıq, vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma dövlət müstəqilliyimizi təhlükəyə aldı. Müstəqilliyimizin o mərhələsi barədə ümummilli lider Heydər Əliyev demişdir: “Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan daxildəki qüvvələr güclü idi. Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqilliyi başqa ölkələrdəki bəzi dairələri qane etmirdi”.
Bir tərəfdən Ermənistanın Azərbaycana təcavüzü, digər tərəfdən daxili hakimiyyət çəkişmələri 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri müdrik xalqımız tez bir zamanda onları hakimiyyətdən saldı.
1993-cü ilin birinci yarısında Kəlbəcərin və Azərbaycanın digər ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının böhranı son həddə çatması, günbə-gün ağırlaşan siyasi vəziyyət, əhalinin mürəkkıb və çətin sosial durumu xalqı öz arxasınca aparan, ölkəmizi düşdüyü ağır və dözülməz çətin vəziyyətdən çıxarmağa qadir Liderə ehtiyac olduğunu göstərirdi. Belə bir Lider xalqın ürəyində yaşayan, sevilən Heydər Əliyev idi. O, 1993-cü ilin 9 iyununda Naxçıvandan Bakıya gələrək xalqı və dövləti dərin siyasi və iqtisadi böhrandan xilas edərkən tarixi nitqlərindən birində deyirdi: “Mən buraya heç bir partiyanın lideri kimi gəlməmişəm. Mən buraya namamilə könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu”.
Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. İyunun 15-də ölkənin qanunvericilik orqanına Azərbaycan Ali Sovetinin sədri seçildi və həmin iclasda Ulu Öndər çıxış edərək dedi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyvətdən qalxmasına həsr olunacaqdır” . Dahi rəhbər öz xilaskarlıq missiyası ilə ölkəmizin, dövlətimizin müstəqilliyini və suverenliyini qorudu. Respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı. İstehsalın, mədəni – maarifin bütün sahələrtində həyat bərqərar oldu, ölkədə əmin- amanlıq yarandı, sürətli inkişafın təməli qoyuldu.
Azərbaycan Ulu Öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qüdrətli bir dövlətə çevrildi. Xalqımızın istəyi və arzusu ilə 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalqın yüksək səsini toplayaraq, yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ilk gündən xalqın dəstəyi ilə insanların rahatlığı, rifahı, sakit həyat tərzi təmin edildi.
Xalq və Heydər Əliyev birliyi Azərbaycan dövlətçiliyinə qarşı olan qüvvələri, Azərbaycanın ərazi bütövlüyünü təhdid edən iddiaları müdrik siayasətlə susdurdu. Azərbaycan dövlətçiliyinin xilaskarı kimi yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev öz sarsılmaz iradəsi, əzmi, zəngin dövlətçilik təcrübəsi və siyasi fəhmi ilə tezliklə bu mühüm vəzifələrin öhdəsindən uğurla gəlməyə tam qadir olduğunu göstərdi.
Sonralar 1997-ci il iyunun 27-də millət vəkillərinin təklifini nəzərə alan Milli Məclis Azərbaycan Respublikasının Prezidenti möhtəşəm Heydər Əliyevin dərin ictimai-siyasi və iqtisadi böhranlardan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunmasında və möhkəmləndirilməsində, dövlətimizin beynəlxalq aləmdə böyük uğurlar qazanmasında, Azərbaycan dövlətçiliyinin nailiyyətlərində müstəsna xidmətləri yüksək qiymətləndirilərək ölkə rəhbərliyinə qayıdış gününü xalqımızın və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı sayaraq 15 iyun günü Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edilmişdir. 15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi sevinclə qeyd olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətlər sırasına çevrildi. Təcədüzkar işğalçılara qarşı 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə, tarixi Zəfər bu uğurların məntiqi nəticəsi idi.
Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev Zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarda düşmən tərəfindən məhv edilmiş infrastrukturun, maddi-mədəniyyət abidələrinin, yaşayış məntəqələrinin, təhsil və elm ocaqlarının yenidən qurulması və bərpası yeni layihələrinin təməlini qoydu.
Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu görülən işlər xalqımızı əmin edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək.
Ölkəmizin Prezidenti cənab İlham Əliyevin daxili və xarici müdrik siyasəti nəəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilmiş, möhtəşəm iqtisadi uğurlara imza atmışdır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Respublikası Ulu Öndər Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə davamlı olaraq daha yüksək zirvələr fəth edir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay