
Xəbərlər
21.10.2022, 23:06
Dərdim, sərim qucaq-qucaq - Əfşan YUSİFQIZI
Dərdim, sərim qucaq-qucaq,
Qəmə batıb hər künc, bucaq.
Pərvanəsiz yanan çıraq,
Deyir, nəsə darıxıram.
Yatan bəxti oyatmaqçün,
Xoş günlərə boyatmaqçün.
Şair yazıb, yaratmaqçün ,
Deyir, nəsə darıxıram.
Heç vaxt qorxmaz ər, çətindən,
Keçməliyik hər çətindən.
Yar-yarının həsrətindən,
Deyir, nəsə darıxıram.
Gəl dərdləri yarı bölək,
Anlayasan məni gərək.
Dilə gələn sevən ürək,
Deyir, nəsə darıxıram.
Könül gülməz bəxt gəlmədən,
Ölmək olmaz vaxt gəlmədən.
Bu gün Əfşan, hər kəlmədən,
Deyir, nəsə darıxıram.
Qəmə batıb hər künc, bucaq.
Pərvanəsiz yanan çıraq,
Deyir, nəsə darıxıram.
Yatan bəxti oyatmaqçün,
Xoş günlərə boyatmaqçün.
Şair yazıb, yaratmaqçün ,
Deyir, nəsə darıxıram.
Heç vaxt qorxmaz ər, çətindən,
Keçməliyik hər çətindən.
Yar-yarının həsrətindən,
Deyir, nəsə darıxıram.
Gəl dərdləri yarı bölək,
Anlayasan məni gərək.
Dilə gələn sevən ürək,
Deyir, nəsə darıxıram.
Könül gülməz bəxt gəlmədən,
Ölmək olmaz vaxt gəlmədən.
Bu gün Əfşan, hər kəlmədən,
Deyir, nəsə darıxıram.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











