Xəbərlər
13.02.2026, 00:22
HİKMƏT MƏLİKZADƏ : Mən də bir Şamaxıyam... - FOTO
Şamaxı – mənim (misilsiz) Cənnətim, dahilər yetişdirən (əbədi) yurdum, milli səltənəti Allah töhfəsi olan Gülüstanım, qoynunda ayaq açdığım, büllur-saf suyundan içdiyim, əvəzsiz söz-səs fatehlərinin ayaq izləri qalan küçə və dalanlarından... (qürurla) keçdiyim üçün necə də xoşbəxtəm! Nə xoş ki, (arada) özümə hüsn-zəndlə baxır, başdan-ayağa bir Şamaxı olduğumu görürəm...
...İllər əvvəl – (dəqiq) beş yaşımdan sənin fövqəl surətinə aşiqəm, Əzizim...
Məktəbli vaxtlarımda bağrını çox tapdamışam. Hər dəfə “Yeni Şirvan” qəzetinin redaksiyasına gəlib-gedəndə, zənnimcə, sənə yük olduğumu, kəndə qayıdanda isə səndən, sənin o çiçək camalından bir qucaq ləl qopartdığımın fərqindəyəm... Bu da mənə xüsusi qürur verir.
Yeniyetmə çağlarımda (tez-tez) sənə pənah aparar, qoynuna yaxınlaşdıqca orada kimlərin olduğunu ayrı bir vurğu ilə düşünər, özümü ən güclü insan hesab edərdim. O vaxt, (elə indi də) səmimi deyirəm, qələm adamlarından (ilk gördüyüm) Zahid Sarıtorpaq mənim üçün bir tütyə idi; onun işıqlı-nurlu çöhrəsindəki ağayanalıqdan zövq alırdım. Xoşbəxtəm ki, indiki çağımda da o, mənim üçün əlçatmaz bir Dağdır – köksündə ədəbiyyat ilğımları qaynayan poetik bir Tanrıdır...
...Mən, sonra Fəxrəddin Orxanı tanıdım, söz-şeir müzakirələrində daim mənə həyan dururdu. Heyif ki, tez – zamansız dünyasını dəyişdi...
Çöl Göylərdən Qurbanı (da) tanıdım – istedad adlı bir “bomba” kimi qaldı yadımda. Sakit təbiətli, ancaq çox çevik adam idi. Şükr, (onunla) dostluğumuz-qardaşlığımız var...
Daha kimləri tanıdım: Əkrəm Hüseynovu, Güləli Rəsulu, Qürbət Əzizi, İsgəndər Etibarı, Tahir Məmmədovu, Əvəz Şükürovu, Məmmədəli Nasiri, İbad Rüstəmi (Rüstəmovu), Sədi Fətəlizadəni, Əzizxan Qobustanlını, Əli Vahid Çaylını, Faiz İzgünü, Eldar Şahvələdlini, Yasin Xəlili, Cəmil Dadaşovu, Ağatahir Cəbirlini, bir müddət sonra isə Heydər Ələddinoğlunu, Fazil Aydını, İsrayıl Baxşeyişi... Bu səmimi çöhrələr (mənim) şeir mülkümün əziz qonaqları idilər... Adlarını çəkdiklərimdən dünyalarını dəyişənlər var (Allah rəhmət eləsin!), həyatda olanlar indi də şeir adlı süfrəmdə oturur, səmimi-ciddi ədəbi söhbətlər edirik...
Allahın fövqəl-nadir hədiyyəsi Yasin Xəlilin alim qətiyyəti, şair məsuliyyəti qarşısında zaman-zaman heyrət etdim...
Zaman məni şair Arif Musa ilə qarşılaşdıranda (mən) uşaqlaşdım, o, (isə) boynuna bir dədəlik haqqı götürdü... Boyca balaca, idrak, fəhm, zəkaca çox hündür olan bu söz aşiqi Şamaxımın bir incisidir (vallah)...
Əziz yurdum, bayaq dedim, qoynuna hər gəldiyim an orada tanıdıqlarımı güc mənbəyim bildim. Sabir irsini indi də bizə tədqiq edən, Sabir Ev muzeyinin direktoru, mən deyərdim, çöhrəsindən Mirzə Ələkbər Sabir boylanan əziz Rəqsanə Ələvəzqızı, Azərbaycanın Fəxri Mədəniyyət İşçisi, Yeni Azərbaycan Partiyasının Şamaxı rayon təşkilatının şura üzvü, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə nümayəndəsi hörmətli Rəfail Tağızadə, “Şamaxı” qəzetindən bir Ay kimi boylanan Könül Tarixqızı, daha neçə-neçə fəxr ediləsi insan mənə güc-qüvvət bəxş edən ŞAMAXILILARdır.
Bu, danılmazdır, Allah Şamaxıma nə qədər aşiqdirsə, bu qaynar yurdu həm dahilər titrədir, həm zəlzələlər...
Çox söz yaza, çox fikir ifadə edə bilərəm. Ehtiyac duymuram. Çünki söz adlı tabloda ləl də çəksəm, Şamaxı adının yanında cılız görünər. Bu dediklərim sadəcə, mənim bir Şamaxı haqqımdır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay