Bəlli ki, zamanı, elə insanı (da) öz gərdişi ilə axara salan Allahdır. Allah insanı əsrarəngiz gözəlliklər səltənəti hesab edir. İnsan isə (bir çox hallarda) bu gözəllikləri nə özü görmür, nə də başqasına göstərmir…

33 ildir mətbuatdayam. Əhatəmdə onlarla görkəmli insan olub. Daha doğrusu, mən o insanların əhatəsində sığınacaq tapmışam…
Ötən 33 ildə qarşıma bir-iki nanəcib, daha çox isə əsl mənada insan çıxıb. Onlardan biri Allahın lütfü kimi diqqətimdə qalan Şahmar Əkbərzadədir.
Şahmar Əkbərzadə sıradan bir insan deyildi… Ucalıq rəmzi idi. Xeyirxahlıq üçün yaradılmışdı. Dünyasını dəyişən günə kimi, hətta indiyə qədər eşitmədim ki, kimsə onun haqqında pis söz desin, yanlış danışsın.
Şahmar Əkbərzadə ucalığa gedən körpü idi. Adi insan kimi doğuldu, əməlisaleh bəndə kimi böyüdü, “Ucalıq” ordeni ilə təltif edildi. Onun insan adında cəmləşən yaxşılıqlar rəhməti üçün bir vəsilədir.

Nə isə, Şahmar Əkbərzadə elə bir şəxsiyyətdir ki, onu sadə - bəsit cümlələrlə xarakterizə etmək olmaz…
Şahmar Əkbərzadənin (mənim) həyatımda mənəvi rolu böyükdür. Yaxşı xatırlayıram, “Tək səbir” qəzetində işlədiyim vaxtlar idi, “Azərbaycan” jurnalında şeirlərim dərc olunmuşdu, həmin gün redaksiyanın qapısını qəfildən bir insan açdı və məni soruşdu. Zatən otaqda iki nəfər idik – baş redaktor və mən. Məni jurnaldakı şəkilə oxşatdığı üçün dedi:
- Hikmət Məlikzadə sənsən?
Dedim:
- Hə, mənəm.
O, jurnaldan iki sətir oxudu:
Nə vaxtsa içimdə bir ağac bitib,
Məndən su işməyə barmaqları yox…
Sonra zəndlə üzümə baxdı, dedi:
- Ay oğul, Allah imkan versin, sənə bir dədəlik eləyim.
Təbii ki, Şahmar Əkbərzadə şeirlərim haqqında xoş sözlər dedi və nə vaxt qarşılaşdıqsa, eyni sözləri işlətdi: “- Ay oğul, Allah imkan versin, sənə bir dədəlik eləyim...”
Allah ona imkan vermədi. Şahmar Əkbərzadə qəfildən dünyasını dəyişdi…
Məsələ ondan ibarət deyil ki, Şahmar Əkbərzadə mənə yaxşılıq etmək istəyirdi, məsələ ondan ibarətdir ki, rəhmətlik məni yaxşı insan olmağa sövq edirdi.
…Onun – o böyüklükdə kişinin mənim – ayağının biri boyda olan gənc bir şairin şeirləri haqqında yorulmadan ağızdolusu fikir ifadə etməsinə indi də heyrət edirəm. Demək ki, indi çoxlarında dəb halını alan paxıllıq girdabı Şahmar Əkbərzadəni öz toruna sala bilməmişdi…
Nə yaxşı ki, həyatımdan Şahmar Əkbərzadə adlı bir DƏDƏ, bir UZMAN, əsl mənada isə bir İNSAN keçdi…
Xülasə, tək bir Şahmar Əkbərzadəyə görə bütün ağdamlılar mənə əziz və doğmadır...

Son xəbərlər

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31