YAQUB ABBASOV : DEYİM SƏNƏ - FOTO
DEYİM SƏNƏ

Gözəllik yaradan şəfalı həkim,
İstədim yeni bir ad deyim Sənə.
Cəzaya çatacaq həddini aşan,
Atəş deyim Sənə, od deyim Sənə!

Müştəbeh üstünə ayaq almasın,
Bir tədbir görürsən, izi qalmasın.
Vaxtında silirsən "qotur" salmasın,
Spirtmi söyləyim, yod deyim Sənə?

Ünsiyyət açarı- misqal tərəzi.
Sözün hədəfdədir, közərir izi.
Yadıma salıram neçə məclisi,
İpək deyim sənə, cod deyim sənə?

Bu zarafat oldu ağlıma batan,
Bir təbrik söyləyim könlünə yatan!
Doxsanı ötürüb, yüzünə çatan,
İndi dostmu deyim, yad deyim sənə?

1
YAQUB ABBASOV
05.92.2025.

######################################

DEYİN MƏNƏ

(hörmətli dostum, qardaşım Yaqub bəyin mənə doğum günümdə yazdığı zarafatyana bir şeirə, yazdığım bir nəzirə)

Nə atəş deyiləm, nə od deyiləm,
Nə doğma deyiləm, nə yad deyiləm.
Dostlardan nə gəlsə ona qailəm,
Heç nə istəmirəm, dost deyin mənə!

Müştəbeh üstümə alammaz ayaq,
Yaqub tək dostum var, arxa, həm dayaq.
Yod, spirt desə də zarafat sayaq,
Heç nə istəmirəm, dost deyin mənə!

Cod da oluram mən yeri gələndə,
İpəyə dönürəm üzüm güləndə.
Nəyi seçməliyəm? Bunu biləndə,
Heç nə istəmirəm, dost deyin mənə!

Yadın da təbriki könlümə yatdı,
Dostumun sualı ağlıma batdı.
Bu nə bir iraddı, nə zarafatdı,
Heç nə istəmirəm, dost deyin mənə!

YAQUB ABBASOV : DEYİM SƏNƏ - FOTO

BELA ZƏNGİBASARLI
10.02.2025.

Son xəbərlər

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

MƏNƏVİ TƏRBİYƏ NƏDİR? ONA ƏMƏL OLUNURMU?

“Nursema” qayıdır?

“Qızımın toyuna görə təqaüdə çıxa bilmirəm”

Emoməli Rəhmon Azərbaycanda səfərdədir

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031