Xəbərlər
10.07.2026, 02:20
Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində yerləşən Boston stadionunda Fransa və Mərakeş milli komandaları üz-üzə gəliblər. Argentinalı FIFA referisi Fakundo Telyonun idarə etdiyi oyun Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 60-cı dəqiqədə Kilian Mbappe və 66-cı dəqiqədə Usman Dembele vurublar.
Bu nəticədən sonra yarımfinala yüksələn Fransa millisi növbəti raundda İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay