Dünya çempionatında növbəti sensasiya: Almaniya yığması qrupda qalıb
Qətərdə təşkil olunan futbol üzrə dünya çempionatında E qrupunun görüşlərinə yekun vurulub. Sonuncu turun nəticələrinə görə Yaponiya və İspaniya milli komandaları mundialın pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Əl Beyt” stadionunda Kosta-Rika və Almaniya milli komandaları üz-üzə gəliblər. Fransız qadın FIFA referisi Stefani Frapparın idarə etdiyi oyunda hesabı Almaniya millisi açıb. Matçın 10-cu dəqiqəsində Serj Qnabri fərqlənib. Qarşılaşmanın ilk hissəsi Almaniya seçməsinin üstünlüyü ilə başa çatıb. Kosta-Rika millisi ikinci hissəyə daha fəal başlayıb. Matçın 58-ci dəqiqəsində kosta-rikalı yarımmüdafiəçi Yeltsin Texeda baxımlı qola imza ataraq hesabı bərabərləşdirib. Görüşün 70-ci dəqiqəsində alman qapıçı Manuel Noyer avtoqolla yadda qalıb. Üç dəqiqə sonra alman yarımmüdafiəçi Kay Xaberts hesaba tarazlıq gətirib, 85-ci dəqiqədə isə dubla imza atıb. Qarşılaşmanın 89-cu dəqiqəsində alman hücumçu Niklas Fyullkruq yekun nəticəni müəyyənləşdirib. Beləliklə, görüş Almaniya millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Xəlifə” stadionu isə Yaponiya – İspaniya matçına ev sahibliyi edib. CAR-dan olan baş hakim Viktor Qomesin idarə etdiyi oyunda ilk olaraq İspaniya millisi fərqlənib. Oyunun 10-ci dəqiqəsində Alvaro Morata rəqib qapısına yol tapmağı bacarıb. İkinci hissədə Yaponiya yığması ardıcıl iki qol vuraraq hesabı xeyrinə dəyişib. Belə ki, 48-ci dəqiqədə Ritsu Doan, 3 dəqiqə sonra isə Ao Tanaka rəqibi meydanın mərkəzinə dəvət ediblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab dəyişməyib və Yaponiya millisi 2:1 hesablı qələbəyə sevinib.

Hesabında 6 xal olan Yaponiya millisi qrupa lideri kimi pley-offa adlayıb. İspaniya seçməsi 4 xalla ikinci olub və növbəti mərhələyə vəsiqəni təmin edib. Almaniya millisi 4 xalla üçüncü, Kosta-Rika millisi isə 3 xalla sonuncu olub. Hər iki komanda qrupda qalıb.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina, Polşa, Mərakeş və Xorvatiya yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.
Dünya çempionatında növbəti sensasiya: Almaniya yığması qrupda qalıb
Dünya çempionatında növbəti sensasiya: Almaniya yığması qrupda qalıb

Son xəbərlər

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Vüqar Novruzovun rəhbərliyi ilə Göygöldə milli-mənəvi dəyərlərin təbliği uğurla davam edir

Göygöl rayonunda “Aşıq Ələsgərin anım tədbirləri” layihəsi çərçivəsində yekun tədbir keçirilib - FOTOLAR

"Anne yarısı"nda daha 7 aktyor - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031