Azərbaycan millisi UEFA Millətlər Liqasını qələbə ilə başa vurub
Futbol üzrə Azərbaycan yığması ardıcıl üçüncü qələbəsini qazanıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, millimiz UEFA Millətlər Liqasının C Liqasının üçüncü qrupunda son görüşündə Qazaxıstan seçməsini qəbul edib.

"Dalğa Arena"da oynanılan matçda Azərbaycan millisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Höccət Haqverdi, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev, Eddi İsrafilov, Bədavi Hüseynov, Filip Ozobiç və Ozan Can Kökcü yer alıblar.

Qazaxıstan seçməsinin heyətində meydana İqor Şatski, Nuralı Alip, İslambek Kuat, Abılayxan Jumabek, Aslan Darabayev, Elxan Astanov, Baqdat Kairov, Timur Dosmaqambetov, Ramazan Orazov, Marat Bıstrov və Aleksandr Maroçkin çıxıblar.

Matçın 35-ci dəqiqəsində Qazaxıstan millisi azlıqda qalıb. Nuralı Alip yığmamızın üzvü Renat Dadaşova qarşı kobudluq etdiyi üçün sarı vərəqə görüb. Müdafiəçi ardınca Eddi İsrafilovu itələdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Komandaların cəhdlərinə baxmayaraq, birinci hissədə hesab açılmayıb.

Yığmamız ikinci hissəyə daha fəal başlayıb. Görüşün 65-ci dəqiqəsində Mahir Emreli hesabı açmağa yaxın olsa da, qapıçı İqor Şatski yaxşı oynayıb. Oyunda hesab 67-ci dəqiqədə açılıb. Belə ki, qazaxıstanlı futbolçu Aleksandr Maroçkin avtoqol müəllifi olub. Matçın 74-cü dəqiqəsində millimizin üzvü Filip Ozobiç baxımlı qola imza atıb. Qarşılaşmanın 83-cü dəqiqəsində Filip Ozobiçin zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb. Oyunda son qolu 90+1-ci dəqiqədə Anatoli Nuriyev vurub. Forvard millidə 11-ci matçda ilk qoluna imza atıb.

Beləliklə, görüş millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 10 xal olan Azərbaycan millisi qrup ikinci pillədə başa vurub. On üç xalı olan Qazaxıstan millisi B Liqası və pley-offa vəsiqəni təmin edib. Qrupda yer alan Slovakiya 7 xalla üçüncü, Belarus isə 3 xalla sonuncu – dördüncü olub.

Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstan millisinə qalib gəlməyi bacarıb. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələmişdi.

Son xəbərlər

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq

Şəhid Zaur İsmayılzadənin anadan olmasının 31-ci ildönümü münasibətilə anım tədbiri keçirilib - FOTOLAR

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

Sevinc Yunuslu : Qoruyuram adını mömin kimi.. - FOTO

Atanın bir cümləsi uşağın özünə inamını 30 il sarsıda bilər

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Gizir Surxay Niftəliyevin əziz xatirəsinə

Azərbaycanda bu saytlara məhdudiyyət qoyulacaq

Beyləqanda Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olundu - Fotolar

“Friends”in Fibisi 63 yaşında... - Fotolar

“Oskar” laureatına qarşı şok ittihamlar - Dörd qadın danışdı

VAHİD ÇƏMƏNLİ : Xətt çəkə bildim - FOTO

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA SÖZƏ SƏDAQƏT - FOTOLAR

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Prezident Mərakeş Kralını təbrik etdi

Əhməd Davudoğlu siyasətdən getdi

Qobu-Lökbatan yolunda ağır qəza - İki futbolçu öldü

CHP-li bələdiyyə sədri saxlanıldı

Avropa Liqası: "Qarabağ" "ÇSKA Sofiya" ilə cavab oyununa çıxır

Bakının bir sıra yollarında tıxac yaranıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031