Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir.

Bunu Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciətində bildirib.

Qurum bəyan edib ki, bu addım həm ekoloji, həm də aqrotexniki baxımdan olduqca zərərlidir. Yanğın nəinki əkinəyararlı torpaqları, eləcə də meşə, meşəmühafizə zolaqlarını və əhalinin yaşadığı əraziləri əhatə edərək ciddi ekoloji problemlərə yol açır.

Torpağın münbitliyinə və bioloji strukturuna vurulan ziyan

Bitki qalıqları torpağın münbitliyini artıran, strukturunu və rütubət tutumunu yaxşılaşdıran ən vacib üzvi resurslardan biridir. Təəssüf ki, kənd təsərrüfatı məhsul istehsalçılarının az bir hissəsi hələ də əlavə əmək xərcləri tələb etdiyindən bitki qalıqları haqqında yanlış təsəvvürlərə malikdir.

Kövşənliyin və samanın yandırılması torpağa bərpaolunmaz ziyan vurur:

Faydalı mikroorqanizmlərin məhv olması: Normalda 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrəsi ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Yanğın milyon illər ərzində formalaşmış bu faydalı mikrofloranı məhv edir və onun bərpası uzun müddət tələb edir.

Kritik elementlərin və humusun itirilməsi: Yüksək temperaturun (360°C-yə qədər) təsiri ilə torpağın 0-5 sm qatında humus yanır, 10 sm qatında isə su buxarlanır. Humus itkisi hektara 1,3 ton təşkil edir. Səmərəli maddələrin məhvi nəticəsində toxumanın quru maddəsinin təxminən 95%-ni təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir.

Maddi itkilər və məhsuldarlığın aşağı düşməsi: Bir hektarda 1 ton samanın yandırılması ilə 4,0-4,5 kq azot, 2,0-2,5 kq fosfor itirilir, 8-10 kq kalium isə yararsız hala keçir. Bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməlidir. Halbuki, 1 ton buğda samanında dəyəri 12-35 manat olan qida maddələri var. Sahənin yandırılması növbəti ilin məhsuldarlığını 20-30% azaldır.

Zərərvericilərlə səhv mübarizə: Bitki qalıqlarının yandırılması zərərvericilərə qarşı effektiv vasitə deyil. Çünki dənli bitkilərin əksər zərərvericiləri yanğın zamanı torpağın dərin qatlarında gizlənə bilsələr də, faydalı həşəratlar (məsələn, inkişafı dövründə 400-2000 mənənə məhv edən parabüzənlər) yanaraq tələf olur.

Alternativ və səmərəli idarəetmə üsulları

Nazirlik fermerlərə arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə samanı doğrayıb mulça şəklində sahəyə səpməyi, yaxud biçindən dərhal sonra samanı sahədən daşıyıb çıxarmağı tövsiyə edib.

Daha sonra becəriləcək hər bitkiyə uyğun fosfor və yaxud kompleks gübrələr verilərək şum, 10-12 sm diskləmə və yaxud torpağın sıfır becərməsi aparılmalı, sahə aralıq bitkilərin səpininə hazırlanmalıdır. Kövşənlikdə birbaşa səpin aparılması torpaqqoruyucu qat yaradaraq su və külək eroziyasının qarşısını alır, rütubəti qoruyur, alaq otlarının inkişafına mane olur və ümumi məhsuldarlığı yüksəldir.

Qanunvericilik və cərimələr

Məhsulu biçilmiş əkin sahələrinin yandırılması ciddi qanun pozuntusudur. "Torpaqların münbitliyi haqqında" qanunun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qəti qadağandır.

Bu qaydanı pozan fərdlər və qurumlar İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən aşağıdakı məbləğlərdə cərimə olunurlar:

Fiziki şəxslər: 400 manatdan 600 manata qədər

Vəzifəli şəxslər: 1 500 manatdan 2 000 manata qədər

Hüquqi şəxslər: 5 000 manatdan 6 000 manata qədər

Son xəbərlər

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031