Mərakeş millisi tarixində ikinci, Xorvatiya isə üçüncü dəfə pley-offa yüksəlib
Futbol üzrə Mərakeş və Xorvatiya milli komandaları dünya çempionatının pley-off mərhələsinə adlayıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qətərdə təşkil olunan mundialın F qrupunun üçüncü turu çərçivəsində Mərakeş millisi Kanada yığması ilə qarşılaşıb. Matçda hesab 4-cü dəqiqədə açılıb. Mərakeşli futbolçu Hakim Ziyeş komandasını hesabda önə keçirib. Təzyiqi daha da artıran Mərakeş millisi 23-cü dəqiqədə ikinci topu rəqib qapısından keçirib. Bu dəfə Yussuf En-Nesiri fərqlənib. Qarşılaşmanın 41-ci dəqiqəsində üçüncü qol vurulub. Bu dəfə mərakeşli futbolçu Naif Ager avtoqol müəllifi olub. İkinci hissədə qol vurulmayıb və Mərakeş seçməsi 2:1 hesablı qələbə qazanıb.

Qrupun digər oyununda Xorvatiya və Belçika yığmaları üz-üzə gəliblər. Komandaların cəhdlərinə baxmayaraq oyunda hesab açılmayıb – 0:0.

Hesabında 7 xal olan Mərakeş millisi qrup lideri kimi mərhələ adlayıb. Xorvatiya 5 xalla qrupda ikinci olub və pley-offa yüksəlib. Belçika millisi 4 xalla üçüncü olub, Kanada isə xal qazana bilməyib.

Mərakeş tarixində ikinci dəfə, Xorvatiya isə üçüncü dəfə pley-off mərhələsinə adlayıb.

Bu gün E qrupu çərçivəsində Kosta-Rika – Almaniya və Yaponiya – İspaniya oyunları da keçiriləcək. “Əl Beyt” stadionunda oynanılacaq Kosta-Rika – Almaniya matçını fransız qadın FIFA referisi Stefani Frappar idarə edəcək. “Xəlifə” stadionunda keçiriləcək digər matç isə Viktor Qomesə (CAR) həvalə olunub. Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hesabında 4 xal olan İspaniya millisi qrupa liderlik edir. Yaponiya və Kosta-Rika milliləri 3 xalla ikinci-üçüncü pillədə yer alıblar. Almaniyanın isə aktivində 1 xal var.

Qeyd edək ki, Portuqaliya, Braziliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Fransa, Avstraliya, Argentina və Polşa yığmaları səkkizdəbir finala vəsiqəni təmin ediblər.
Mərakeş millisi tarixində ikinci, Xorvatiya isə üçüncü dəfə pley-offa yüksəlib
Mərakeş millisi tarixində ikinci, Xorvatiya isə üçüncü dəfə pley-offa yüksəlib

Son xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

Tramp: İranın hələ də raket və dron ehtiyatı var

Vaqif Vüqar : Qəlbində sevgi, əlində Turan bayrağı... - FOTO

İraqın Baş naziri Tehrana gələcək

ABŞ hərbçilərinin öldüyünü etiraf etdi

Dünya Kubokunun ulduz çıxışı - FOTOLAR

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

Argentina nadir antirekordunu təkrarladı

BDYPİ-dən ikitəkərli nəqliyyat vasitələri idarə edən sürücülərə xəbərdarlıq

Çimərliklərdə bu günə gözlənilən hava şəraiti açıqlandı

Vaqif Poeziya Günləri başa çatdı - Fotolar

Doğma Həməşəra səhifəsinə təşəkkür - FOTO

"SÖZÜN KANDARINDA" QALDIĞIN DÜŞÜNƏN QƏLƏM ADAMI... - FOTO

Mundialın finalında ulduzlar yağışı - Castin Biber və Şakira səhnədə

Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının A Liqasına yüksəlib

Bu ürəkdir - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031