Son ictimai rəy sorğularında Prezident İlham Əliyevə etimadın 87,7 faiz, dövlət başçısının fəaliyyətinin müsbət qiymətləndirilməsinin isə 93,6 faiz təşkil etməsi, respondentlərin 81,9 faizinin onu alternativsiz siyasi lider hesab etməsi Azərbaycanda formalaşmış güclü dövlət-xalq birliyinin və həyata keçirilən uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək” İctimai Birliyinin sədri Xatirə Vəliyeva deyib.

Onun sözlərinə görə, bu yüksək etimadın əsas səbəblərindən biri Prezident İlham Əliyevin milli maraqlara söykənən, uzaqgörən və prinsipial siyasət yürütməsidir. Dövlət başçısı bütün fəaliyyəti dövründə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edib, ölkəmizin müstəqilliyini və suverenliyini daha da möhkəmləndirib.

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə ictimai etimadı daha da gücləndirən ən mühüm tarixi amillərdən biri 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər və 2023-cü ildə Azərbaycanın tam suverenliyinin bərpasıdır. Bu tarixi nailiyyətlər nəticəsində dövlətimizin ərazi bütövlüyü tam təmin olundu, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı, "Böyük Qayıdış" Proqramının icrası uğurla davam etdirilir. Qələbədən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da yüksəldi. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz təkcə regionun deyil, qlobal siyasətin də mühüm dialoq və əməkdaşlıq mərkəzlərindən birinə çevrildi. Son illər Bakıda və işğaldan azad edilmiş ərazilərdə keçirilən mötəbər beynəlxalq tədbirlər bunun bariz nümunəsidir”, - deyə Müşahidə Şurasının üzvü qeyd edib.

X.Vəliyeva bildirib ki, Bakı dünyanın ən mühüm iqlim tədbirlərindən biri olan COP29-a uğurla ev sahibliyi edib. VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, XI Qlobal Bakı Forumu, BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13), Şimal və Cənub arasında əməkdaşlıq platformalarına həsr olunmuş yüksək səviyyəli beynəlxalq konfranslar, eləcə də artıq ənənə halını almış Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunun və ölkəmizə göstərilən etimadın göstəriciləridir. Şuşa Qlobal Media Forumunun qısa müddətdə nüfuzlu beynəlxalq platformaya çevrilməsi, dünyanın onlarla ölkəsindən media rəhbərlərinin, ekspertlərin və siyasətçilərin Qarabağın dirçəlişinin şahidi olması Prezident İlham Əliyevin formalaşdırdığı yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbul edildiyini göstərir.

“Prezident İlham Əliyevə yüksək ictimai etimad yalnız daxili siyasətdə əldə olunan uğurlarla deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsi, qlobal təşəbbüslərin müəllifinə çevrilməsi, tarixi Zəfərin yaratdığı yeni geosiyasi reallıqlar və ölkənin təhlükəsiz, sabit inkişaf modelinin formalaşdırılması ilə şərtlənir. Azərbaycan Prezidenti İlham Əliyev xalqın etimadına söykənərək gücünü xalqdan alan, yeni reallıq yaradan, sözü imzası qədər dəyərli olan dövlət rəhbəri kimi dünya siyasətində öz layiqli yerini möhkəmləndirib”, - deyə ictimai birlik sədri əalvə edib.

Son xəbərlər

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930