Xəbərlər
20.07.2026, 12:09
Misraların ömrü - şairin taleyi
BABA VƏZİROĞLU
Azərbaycan ədəbiyyatı elə söz ustadları yetişdirib ki, onların yaradıcılığı zamanın sərhədlərini aşaraq xalqın mənəvi yaddaşına çevrilib. Bu sənətkarların misraları təkcə kitab səhifələrində yaşamır, dillərdə dolaşır, nəğmələrdə səslənir, insanların sevincinə, kədərinə, xatirələrinə yoldaş olur. Belə sənətkarlardan biri də Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Əməkdar incəsənət xadimi, şair, nasir və publisist Baba Vəziroğludur.
Onun poeziyası həyatın özündən gəlir. Bu poeziyada insan taleyi var, sevgi var, ayrılıq var, vətən sevgisi var, zamanın insan qəlbində qoyduğu izlər var. O, oxucunu mürəkkəb ifadələrlə heyrətləndirməyə çalışmır. Sadə sözlərin içində böyük həqiqətləri görür və həmin həqiqətləri elə sadə dillə ifadə edir ki, oxucu həmin misralarda öz taleyindən bir parça tapır.
Böyük poeziyanın sirri də elə bundadır. Şeir bir dəfə oxunur, sonra unudulmursa, illər sonra yenidən yada düşürsə, deməli, artıq müəllifin yox, xalqın mənəvi sərvətinə çevrilib.
Mən də uzun illərdir Baba Vəziroğlu poeziyasını sevə-sevə oxuyuram. Elə şeirləri var ki, zaman keçsə də yaddaşımdan silinmir. "Məndən bir də olmayacaq", "Bu qatarın dalınca baxma", "Hava haqqında" və neçə-neçə başqa şeirləri həyatımın müxtəlif anlarında yenidən mənimlə danışır. Hər dəfə həmin misraları oxuyanda yeni bir məna, yeni bir duyğu kəşf edirəm. Əsl sənətin qüdrəti də məhz bundadır – o, hər oxunuşda yenidən doğulur.
Baba Vəziroğlu təkcə şair deyil. O, həm də sözlərinə bəstələnmiş yüzlərlə mahnı ilə milyonlarla insanın qəlbinə yol tapan nəğməkar şairdir. Elə mahnılar var ki, onları sevə-sevə dinləyirik, bəzən zümzümə edirik, amma müəllifini düşünmürük. Sonra həmin misraların Baba Vəziroğlu qələminin məhsulu olduğunu öyrənəndə bir daha anlayırıq ki, əsl şair xalqın qəlbinə ən qısa yolu sözlə tapır.
Onun yaradıcılığı ilə yaxından tanış olduqca başqa bir həqiqəti də görürsən. Baba Vəziroğlu təkcə istedadlı şair deyil, həm də yüksək ziyalı mədəniyyətinə malik bir insandır. Sadəliyi, təvazökarlığı, insan əməyinə verdiyi dəyər və səmimiyyəti onu sevdirən ən gözəl xüsusiyyətlərdəndir. O, sözü ucaldan, zəhməti qiymətləndirən, insanın əməyinə hörmətlə yanaşan sənətkarlardandır.
Mənim yaradıcılığıma münasibəti də bunun bariz nümunəsidir. Azərbaycan Radiosunda həyat və yaradıcılığıma həsr olunmuş radio-oçerk hazırlanarkən Baba Vəziroğlu fəaliyyətim haqqında səmimi fikirlər söyləyərək gördüyüm işləri yüksək qiymətləndirdi. Həmin çıxışdan yaddaşıma əbədi həkk olunan bir cümlə isə bu idi:
"Təranə xanımda arı zəhmətkeşliyi var."
Bu fikir mənim üçün sadəcə xoş söz deyil. Bu, uzun illər gördüyüm zəhmətin böyük bir söz ustası tərəfindən verilən ən dəqiq qiymətidi idi. Doğrudan da, arı necə çiçəkdən-çiçəyə qonaraq zərrə-zərrə bal toplayırsa, mən də kəndbəkənd gəzərək doğma yurdumuzun tarixini, folklorunu, etnoqrafiyasını, adət-ənənələrini, ağsaqqalların və ağbirçəklərin yaddaşında yaşayan xatirələri toplamağa çalışıram. Baba Vəziroğlunun bu bənzətməsi mənə həm qürurlandırdı, həm də gördüyüm işin məsuliyyətini daha dərindən hiss etdirdi.
Onun mənə verdiyi ən böyük mənəvi dəstəklərdən biri də ömrümün 60 illik yubileyi və "Babadağa baxan ellər–2" kitabımın təqdimatında söylədiyi fikirlər oldu. O, özünəməxsus səmimiyyəti ilə:
"Təranə xanım bir ara qeybə çəkildi. Hamı elə düşündü ki, yəqin ailə məsələləri var, digər problemlər var, yəüin ki, yaradıcılığına fasilə verib. Amma sən demə, Təranə xanım yeni böyük bir layihə – "Babadağa baxan ellər–2" ensiklopediyası üzərində işləyirmiş."
Sonra isə gülümsəyərək əlavə edir:
"Təranə xanım, sən yenə qeybə çəkil. Sən qeybə çəkiləndə həmişə yeni bir ideya, yeni bir layihə ilə qayıdırsan. İsmayıllının açılmayan, sirli məqamlarını açmaqda davam et."
Bu sözlərdə zarafat da var, böyük həqiqət də. Mən həmin sözləri sadəcə təbrik kimi qəbul etmirəm. Bu, doğma yurdumuzun tarixini, folklorunu və milli yaddaşını araşdırmaq istiqamətində gördüyüm işlərə verilən yüksək qiymətdir. Belə bir sənətkarın etimadı insana yeni güc, yeni məsuliyyət və yeni yaradıcılıq həvəsi verir.
Bu münasibətin davamı kimi Baba Vəziroğlu "Babadağa baxan ellər" kitabıma yazdığı ön sözdə İsmayıllı haqqında elə bir fikir ifadə etmişdir ki, həmin cümlələr uzun müddət yaddaşdan silinmir:
"Babadağın ətəklərinə bir el sığınıb – İsmayıllı camaatı. Tanrı nə qədər ucada olsa da, bəlkə də ismayıllılardan yaxın qonşuları çətin ki, tapıla. Sözün hər iki mənasında – həm məsafəcə, həm də iman tərəfdən. Hərdən ismayıllıların özləri də yarızarafat, yarıgerçək deyirlər: "Biz Allahın qonşularıyıq, bizdən həlləm-qəlləm işlər gözləmə!"
Bu, sadəcə kitab üçün yazılmış ön söz deyil. Bu, bütöv bir elin mənəviyyatını, xarakterini və dünyagörüşünü bir neçə cümlədə ifadə edən yüksək publisistik ustalıq nümunəsidir. Baba Vəziroğlu adi müşahidəni poetik düşüncəyə çevirə bilir. Elə buna görə də onun publisistikasında da şair nəfəsi duyulur.
Baba Vəziroğlu haqqında düşünəndə bir həqiqəti daha aydın dərk edirəm. Böyük sənətkarı yalnız yazdığı əsərlər tanıtmır, onu həm də insanlara münasibəti, başqasının əməyinə verdiyi qiymət, sözə və sənətə sədaqəti tanıdır. O, həmişə yaradıcı insanın zəhmətini görməyi, onu dəyərləndirməyi bacarır. Bu xüsusiyyət isə əsl ziyalıya məxsus keyfiyyətdir.
Bu gün Azərbaycan poeziyası Baba Vəziroğlunun yaradıcılığı ilə daha da zəngindir. Onun şeirləri kitab səhifələrində qalmır, dillər əzbəri olur, mahnılara çevrilir, insanların sevincinə və kədərinə yoldaşlıq edir. Hər misrasında həyatın nəfəsi duyulur. Bəlkə də buna görə onun yaradıcılığı müxtəlif nəsillər tərəfindən eyni sevgi ilə qarşılanır. Çünki səmimi sözün yaşı olmur.
Bəzən düşünürəm ki, şair olmaq yalnız gözəl misralar yazmaq deyil. Şair olmaq insan qəlbinə yol tapmaq, sözlə təsəlli vermək, ümid oyatmaq, düşündürmək və milli yaddaşı yaşatmaqdır. Baba Vəziroğlu yaradıcılığı məhz bu ali missiyaya xidmət edir. O, sözün məsuliyyətini dərk edən, qələmin müqəddəsliyini qoruyan sənətkarlardandır.
Mənim üçün Baba Vəziroğlu təkcə sevdiyim şeirlərin müəllifi deyil. O, həm də zəhmətə qiymət verməyi bacaran, yaradıcı insana inam bəxş edən, bir cümlə ilə illərlə görülən əməyə mənəvi dəyər qazandıran böyük ziyalıdır. Bəzən insan ömrü boyu saysız-hesabsız tərif eşidir, amma yaddaşında bir cümlə qalır. Mənim yaddaşıma həkk olunan həmin cümlə də budur:
"Təranə xanımda arı zəhmətkeşliyi var."
Bu sözləri hər dəfə xatırlayanda anlayıram ki, görülən zəhmətin ən böyük mükafatı onu anlayan insanların verdiyi qiymətdir.
Mən inanıram ki, böyük sənətkarların əsl ömrü onların yaşadıqları illərlə ölçülmür. Onların ömrü yazdıqları misraların taleyində davam edir. Bir misra bəzən bir insan ömründən daha uzun yaşayır. Bir şeir bəzən bütöv bir nəslin düşüncəsinə çevrilir. Elə buna görə də əsl şairlər zamanın fövqündə dayanırlar.
Baba Vəziroğlu da belə şairlərdəndir. Onun poeziyası, publisistikası, sözlərinə bəstələnmiş nəğmələr, oxucularına aşıladığı mənəvi dəyərlər uzun illər bundan sonra da yaşayacaq. Çünki onun qələmi yalnız söz yazmır, həm də insan qəlbinə işıq salır.
Zaman insan ömrünü ölçə bilir, amma sözün ömrünü ölçə bilmir. Əsl şairlər talelərini tərcümeyi-hallarına deyil, misralarına yazırlar. Misralar yaşadıqca, şair də yaşayır. Elə buna görə də Baba Vəziroğlunun taleyi onun misralarının ömründə davam edir.
Təranə Cəbiyeva
Yazıçı-publisist
Allah insanlara müxtəlif talelər yazır. Şairlərə isə bir taleyi iki dəfə yaşamaq qismət olur. Birincisi öz ömürləri qədər, ikincisi isə yazdıqları misraların ömrü qədər. İnsan ömrü nə vaxtsa başa çatır, amma söz yaşayırsa, şair də yaşayır. Elə buna görə düşünürəm ki, şairin əsl tərcümeyi-halı onun bioqrafiyasında deyil, insanların yaddaşında yaşayan misralarındadır. Misraların ömrü də elə şairin taleyidir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay