Türkiyənin birinci xanımı Əminə Ərdoğan NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Sammitində iştirak etmək üçün Ankaraya səfər etmiş NATO ölkələri liderlərinin həyat yoldaşlarını qəbul edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının saytında məlumat paylaşılıb.

Ötən gün Çankaya sarayında baş tutan qəbul zamanı Əminə Ərdoğan liderlərin həyat yoldaşları ilə birlikdə “Uşaqlar, texnologiyalar və təhlükəsizlik: gələcək nəslin qorunması” mövzusunda dəyirmi masa müzakirəsində iştirak edib.

Görüşə Fransa liderinin həyat yoldaşı Bricit Makron, Litva Prezidentinin həyat yoldaşı Diana Nausedene, Finlandiya Prezidentinin həyat yoldaşı Süzanna Elizabet İnnes-Stubb, Rumıniyanın birinci xanımı Mirabela Qredinaru, Polşa Prezidentinin həyat yoldaşı Marta Navrotskaya, Ukraynanın birinci xanımı Yelena Zelenskaya, Koreya Respublikası Prezidentinin həyat yoldaşı Kim He Gön, Sloveniya Baş nazirinin həyat yoldaşı Urşka Baçovnik Yanşa, Albaniya Baş nazirinin həyat yoldaşı Linda Rama, Çexiya Baş nazirinin həyat yoldaşı Monika Babişova, Yunanıstan Baş nazirinin həyat yoldaşı Mareva Qrabovski-Mitsotakis, Monteneqro Baş nazirinin həyat yoldaşı Milena Spaiç, Estoniya Baş nazirinin xanımı Evelin Oras, Kanada Baş nazirinin həyat yoldaşı Diana Foks Karni, Almaniya kanslerinin həyat yoldaşı Şarlotta Merts, Belçika Baş nazirinin həyat yoldaşı Verle Heqqe, Lüksemburq Baş nazirinin həyat yoldaşı Maryoleyn Friden qatılıblar.

Liderlərin xanımlarının iştirak etdiyi dəyirmi masada iki kişi qonaq xüsusilə diqqət çəkib. Bunlar Danimarka Baş nazirinin həyat yoldaşı Bo Tenqberq və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin həyat yoldaşı Hayko fon der Lyayen olub.

Qeyd olunur ki, Koreya Respublikasının birinci xanımı Kim He Gön tədbirə Əminə Ərdoğanın əvvəlki Türkiyə səfəri zamanı ona hədiyyə etdiyi ənənəvi türk parçasından hazırlanmış şal və çanta ilə gəlib.






Son xəbərlər

Dünya çempionatında ilk yarımfinalçı Fransa millisi olub

18-i ərini, 2-si isə xanımını təmsil etdi - Fotolar

Makron Suriyada olarkən partlayışlar törədənlər saxlanıldı

AŞIQ ALIDAN QALAN SƏRVƏT

Elvin Cəfərquliyevin transferinə etiraz etməzdik - Qurban Qurbanov

Samuxdakı qəzada həlak olanların - Fotoları

Dilində sərvət daşıyır - Foto

İNSAN GÜNDÜZ DÜNYANI, GECƏ İSƏ ÖZÜNÜ TANIYIR - FOTO

ƏDALƏT QARABULUD YARADICILIĞINA "QARIŞIQ" BAXIŞ - FOTO

Daşdəmir ƏJDƏROĞLU : Səssiz fəryad - FOTO

“Günay” Uşaq Teatrı 23-cü mövsümünü uğurla başa vurdu - FOTOLAR

Yaxşılara minnətdaram...

Mehin Hümbətovanın ölkədən çıxışına qadağa qoyuldu

Gələn həftə Vaqif Poeziya Günləri keçiriləcək

Futbol akademiyalarında təhsil məsələlərinə məsul şəxslərlə görüş keçirilib

Azərbaycan XİN Cənubi Sudanı təbrik edib

Əsl yay havası başlayır: Sabah 37 dərəcə isti olacaq - PROQNOZ

Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq

Xameneinin cənazəsi Məşhədə aparıldı

Bonni Tayler vəfat etdi

Qəzəlsayağı şeir - FOTO

TUBU İMANOVA : ANANIN YAŞI OLMUR - FOTO

“Işıl”ın ölüm səbəbi açıqlandı

Şahzadədən boşanıb tiktokerlə evləndi - Fotolar

Yeni layihəsi bəlli oldu

Ərdoğanın hədiyyə etdiyi bahalı tapançaları - Özləri ilə apara bilmədilər

Sabah 37 dərəcə isti olacaq

HƏSƏNXAN ƏSƏD : Sənətin məğrur qadını - FOTO

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031