Ulu Öndərin Azərbaycan gələcəyinə yönəlik siyasətində Vətənə xidmət ruhunda tərbiyə mühüm yer tutub
Tarixdə elə liderlər və dövlət xadimləri olub ki, onlar mənsub olduqları xalqların taleyində xilaskarlıq fəaliyyəti ilə əbədilik statusu qazanıblar. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan tarixindəki yeri və rolu müstəsnadır. Məhz onun ən çətin anda xalqına sahib çıxmaqla ölkənin inkişafına verdiyi töhfə, milli şüurun yüksəlişi, bütün sahələr üzrə intibahın yaranmasında və formalaşmasında göstərdiyi xidmətlər heç nə ilə müqayisə oluna bilməz. Bütün fəaliyyəti dönəmində xalqına sədaqətlə xidmət nümunəsi göstərmiş Ümummilli Lider Heydər Əliyevin həyat yolu Azərbaycan xalqının xoşbəxtliyi, dövlət olaraq güclənməsi, müstəqilliyin qorunması və onu əbədi etmək kimi müqəddəs vəzifəni ləyaqətlə yerinə yetirməkdən ibarət olmuşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, Ulu Öndərin Azərbaycanın gələcəyinə yönəlik siyasətində gənclərə etimad, gəncliyin düzgün və Vətənə xidmət ruhunda yetişməsi mühüm yer tutub.

Məhz bu səbəbdən Ümummilli Lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləmiş və hər zaman qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ümumiyyətlə, dahi rəhbərin siyasi və milli baxışlarına görə, Azərbaycanda dövlətçiliyin, o cümlədən müstəqilliyin daha da möhkəmləndirilməsi, gəncliyin xoşbəxt gələcəyinin etibarlı təminatı peşəkar kadrların hazırlanmasından, onların cəmiyyətin həyatında yaxından iştirakından asılı olmuşdur. Bu istiqamətdə işlərin görülməsi, gənclərin ölkə həyatında aparıcı qüvvəyə çevrilməsi, bu potensialdan düzgün istifadə Azərbaycan dövlətinin gələcəyinin bir növ qarantiyası hesab edilib. Ümummilli Liderin siyasətinin əsasını Azərbaycanda gənc nəslin hərtərəfli inkişafının ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlılığı təşkil edib.

“Ulu Öndər Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və sosial problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Həmin qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərib. Azərbaycan xalqının böyük övladı Heydər Əliyev 1999-cu il martın 4-də Azərbaycan Respublikası Gənclərinin II Forumunda çıxış edərkən ölkə gənclərinə səslənərək demişdir: "Əziz gənclər! Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifələr düşür. Bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanı XXI əsrdə yaşadanlarsınız, quranlarsınız, inkişaf etdirənlərsiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.

E.Bağırov söyləyib ki, müstəqillik dövründə aparılan dövlət siyasətinə diqqət yetirsək görərik ki, müasir və müstəqil Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsində və sağlam ruhda formalaşmasında onun əsasını qoyduğu siyasət hər zaman müstəsna rol oynamışdır: “Deyə bilərik ki, hakimiyyətinin ilk illərindən bu siyasi xətti prioritet kimi qəbul etmiş dahi şəxsiyyət sonrakı illərdə də bunu davam etdirib. Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və bir çox vacib problemlərin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Heydər Əliyev tərəfindən hələ 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü. Beləliklə, 2 fevral 1996-cı ildə gənclərin ilk forumu Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında mühüm rol oynadı. Həmin gün Azərbaycanda Gənclər Günü elan edildi. Bunun ardınca Ümummilli Liderin gənclərə qayğısı və dövlət idarəçiliyində onlara verilən önəm Azərbaycanın yüksəlişində həlledici faktora çevrildi.

Ulu Öndər ölkə rəhbəri olduğu ilk dövrlərdən Azərbaycanda gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin mühüm vəzifəsi hesab etmiş və onların cəmiyyət quruculuğunun bütün sahələrində təmsil olunmalarına geniş imkanlar yaradıb”.

Sonda siyasi şərhçi əlavə edib ki, 44 günlük Zəfər savaşında Azərbaycan gəncliyinin hərb meydanında göstərdiyi rəşadət və bu gün dövlət idarəçiliyində yüksək intellekti ilə gələcək inkişafa yol açan Azərbaycan gəncliyi Ümummilli Liderin və onun layiqli davamçısı müzəffər Ali Baş Komandanın yürütdüyü siyasətin uğurlu nəticəsidir. Ulu Öndərin mənəvi varisi kimi yetişən Azərbaycan gəncliyi Prezident İlham Əliyevə və milli dövlətçiliyimizə hər zaman sadiqdir.

Son xəbərlər

Ukraynanın yüksəksəviyyəli nümayəndə heyəti Qərb rəsmiləri ilə danışıqlar aparmaq üçün Parisdədir

On minlərlə insan bura axın edir: Şəfalı yer - FOTOLAR

Pünhan Şükürün yeni kitabının “imza günü” keçirilib - FOTOLAR

Zaxarova: Fransa öz maraqları naminə Cənubi Qafqazda sabitliyi hər vasitə ilə pozmağa çalışır

Azərbaycan və Latviya arasında vergi ilə bağlı Anlaşma Memorandumu təsdiqlənib

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Hesablama Palatası: Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub

Azərbaycan-Gürcüstan münasibəti – regional və qlobal maraqları təmin edən əməkdaşlıq - ŞƏRH

XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb

Onlar qəbul imtahanı üçün ödəniş etmirlər - SİYAHI

Ceyhun Bayramov sloveniyalı həmkarını Ermənistanla sülh prosesi barədə məlumatlandırıb

Birinci Qarabağ müharibəsinin daha üç itkin şəhidi dəfn olunacaq

Ceyhun Bayramovla Sloveniya XİN başçısı arasında görüş olub

Almaniyada jurnalistlərə "düşmən" kimi baxırlar - HESABAT

Ağsuda torpaq sürüşməsi: yol bağlandı

Şabranda çaydan iki meyit tapılıb

Nazirlər Kabinetinin iki qərarı ləğv edilib

NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib

Komada olan aktyor vəfat ETDİ

Çempionlar Liqası: Son yarımfinalçılar “Arsenal” və “İnter” olub

Avropa Komissiyası təhlükəsiz mənşə ölkələrinin siyahısını açıqlayıb

Putin onlara görə HƏMAS-a təşəkkür etdi

UEFA Çempionlar Liqası: Bu gün 1/4 final mərhələsinə yekun vurulub

Azərbaycanlı gənc böyrəyini 200 min dollara satıb

Kompüter tomoqrafiyası səbəbindən xərçəngin sayının artması halları aşkar edilib

ÜTT 2025-ci il üçün qlobal ÜDM artım proqnozunu 2,2 %-ə qədər azaldıb

Bu ölkəyə vizasız gedib-gələ biləcəyik

ABŞ Yəmənin paytaxtına 10-dan çox hava zərbəsi endirib

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930