14 iyul 1969-cu il - yüksəlişin başlanğıcı
XX əsr Azərbaycan tarixinin önəmli və fövqəladə əhəmiyyətli günləri sırasında 14 iyul 1969-cu il ön sırada gəlir. Həmin tarixdə çoxları bu günü Azərbaycan xalqı və dövləti üçün adi - sıradan bir təqvim, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP) plenumu hesab edirdi.

Amma həmin plenumda sovet Azərbaycanının rəhbərliyinə şəxsiyyəti və uğurları ilə düşmənlərini belə heyran qoyan Heydər Əliyevin seçilməsi bu tarixi xalqımız üçün əvəzsiz bir dəyərə qaldırdı. Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra baş verən prosesləri qısaca olaraq Azərbaycanın təşəkkülü hesab etmək olar. Dahi rəhbərin cəmiyyətin bütün sahələrində böyük inkişafa yönəlik fəaliyyəti Azərbaycanı ittifaq məkanında yüksək zirvəyə çıxarmış oldu. O zamana qədər sovetlər birliyi üçün yalnız xammal bazasına çevrilən, milli-mənəvi dəyərləri aşınmaya məruz qalan Vətənimiz Ulu Öndərin fenomenal səyi nəticəsində inanılmaz yüksəlişə nail oldu. Yeraltı və yerüstü sərvətlərinin ölkənin iqtisadi gücünə və xalqın sosial rifahının yaxşılaşdırılmasına istiqamətlənən siyasət 15 respublika arasında Azərbaycanı öncül sıralara qaldırdı.

Dövlət idarəçiliyində yerli kadrlara üstünlük verilməsi, müxtəlif sahələr üzrə azərbaycanlı mütəxəssislərin hazırlanması sovet məkanında “müsəlmanlar heç nəyə qadir deyil” düşüncəsini darmadağın etdi. Məhz Ümummilli Liderin milli əsaslara söykənən idarəçilik siyasəti sözün həqiqi mənasında ölkəmizi yenidən xalqımıza bəxş etdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, dahi rəhbərin həmin illərdə tarixə yazılacaq addımlarından biri də Bakıda hərbi məktəbin yaradılması, azərbaycanlı zabit korpusunun hazırlanması idi. Ulu Öndərin xüsusi diqqətdə saxladığı milli-mənəvi dəyərlərin qorunması, ana dili, ədəbiyyat, mədəniyyət sahəsinə dövlət qayğısı Azərbaycançılıq məfkurəsinin yaranmasına və inkişafına təkan verdi.

Heydər Əliyevin sovet dövründə gördüyü işlər milli təəssübkeşliklə yanaşı, gələcəkdə Azərbaycanın müstəqil dövlət kimi yaşamasına hazırlıq işləri idi və bu o zaman üçün böyük cəsarət tələb edirdi. Azərbaycandan sonra SSRİ rəhbərliyində təmsil olunan Heydər Əliyev ittifaq miqyasında gördüyü işlərlə də fövqəladə istedadını ortaya qoymuşdu. Həmin illərdə dahi rəhbərin adı və imzası Azərbaycan və sovet sərhədlərini aşmışdı.

Xarici ölkə mətbuatında belə onun fəaliyyəti, xarizmatik keyfiyyəti və yüksək idarəçilik bacarığı müzakirə olunurdu. Azərbaycanı dünyaya tanıdan, şəxsiyyət olaraq düşmənlərimizin hədəfində olan Ümummilli Lider Kremldə işindən alınsa belə, onun təkcə adı bütün vəzifələrdən üstün idi. Bu amilin fərqində olan ittifaq rəhbərliyi və onun quldur dəstəsi nəyin bahasına olursa-olsun, daha iyrənc metoda əl ataraq xalqımızın bu əziz övladının fiziki varlığına son qoymağa çalışdılar. Amma bacarmadılar. Bir müddətdən sonra bütün dünya xalq-lider nümunəsini Azərbaycanda görəcəkdi.

Beləliklə, müstəqilliyimizin əvvəllərində Ulu Öndər ən ağır illərdə və çətin siyasi şərtlər daxilində xalqın təkidli tələbi ilə dövlət rəhbərliyini üzərinə götürdü. İnanılmaz siyasi gedişləri ilə xalqımızın, dövlətimizin, müstəqilliyimizin xilaskarına çevrilən unudulmaz Heydər Əliyev

bugünkü qüdrətli Azərbaycanın təməlini yaratdı. Məhz bu səbəbdən 1969-cu il 14 iyuldan sonra Azərbaycanın inkişafı sıradan iqtisadi, mədəni yüksəliş deyildi. Tarixin sonrakı gedişatı da göstərdi ki, dahi rəhbər bu illərdə heyrətamiz siyasi uzaqgörənliklə Azərbaycanın dövlət müstəqilliyi üçün zəmin yaratmış oldu.

Bu baxımdan Ümummilli Lider müstəqil Azərbaycanın qurucusu olduğu kimi, 14 iyul tarixi də bu prosesin başlanğıc nöqtəsi sayılmalıdır.

Sovet hakimiyyəti illərində hər cür sıxıntıya və çətinliklərə rəğmən Ulu Öndərin müstəqil Azərbaycanın əsasları üçün gördüyü işlər tarixdə heç bir liderin fəaliyyəti ilə müqayisə oluna bilməz. Heydər Əliyevin tarix üçün böyüklüyü sovet dönəmində başladığı işləri sonradan özünün davam etdirməsi və təməlini qoyduğu prosesi başa çatdıra bilməsindədir.

Deputat sonda qeyd edib ki, ötən əsrin 70-ci illərində Azərbaycanın intibah dövrünü yaradan xalqımızın əziz övladı Heydər Əliyev əsrin sonunda dağılmaqda, parçalanmaqda olan müstəqil dövlətimizi qorumaqla və dünya birliyinə daxil etməklə tarixə əbədi liderlik möhürünü vurmuş oldu. Bu mənada böyük Heydər Əliyev lider kimi xalqımızın simvolu, hər birimizin sevgi ilə andığı əvəzolunmaz şəxsiyyət və eyni zamanda, ümumbəşəri dəyərdir. Milli qürurumuz olan Heydər Əliyevin məhz azərbaycanlı olması həm də xalqımızın çox şanslı olduğunun göstəricisidir.

Son xəbərlər

Türk Xəbər Agentlikləri Alyansı Anadolu Agentliyinin əməkdaşının Qəzzada həlak olması ilə bağlı açıqlama yayıb

Mahammad Sadiqov : Peşəkarlarımız - FOTO

Güləş üzrə “Təhsil” turnirində daha beş çəki üzrə qaliblər müəyyənləşib

Türkiyəli siyasi ekspert: Azərbaycan meydanlarda olduğu kimi, masa arxasında da Zəfər qazanır

Boks üzrə Azərbaycan çempionatında bütün mükafatçılar bəlli olub

Xəzər dənizində zəlzələ olub

Azərbaycan Basketbol Liqası: "Xəzri" və "Xırdalan"dan qələbə

Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a darmadağınla qalib gəlib

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ!

Əsirlikdə olan hərbçinin anası: Ötən səkkiz ayda canımız ağrısa da, indi hər şeyi unutduq

Tanınmış şahmatçı: Azərbaycan millisində işləməyə tam hazır deyiləm MÜSAHİBƏ

Milli Məclisin plenar iclasında 24 məsələ müzakirə olunub

Ombudsmana ağır itki - FOTO

Cəsarət Valehov vəzifəsindən azad olundu

Növbəti prezident seçkiləri Azərbaycanın həyatında ciddi siyasi hadisə olacaq - ŞƏRH

Yaşar Əliyev vəfat etdi - FOTO

Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb

Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

“YAŞAT” Fondunun yaradılmasından 3 il ötür

Ermənistanda əsirlikdə olan Hüseynin anası: Arxayın idim ki, Prezidentimiz nə mənim övladımı, nə də Aqşini erməni əsirliyindən buraxmaz

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib

ABŞ-nin məqsədi Rusiyanı Cənubi Qafqazdan çıxartmaqdır -VİDEO

Türkiyə İsraillə diplomatik əlaqələri kəsə bilər

İranın sabiq prezidenti Rəisini ittiham etdi

Hazırda Bakıda 10-dan çox yolda TIXAC var

"Əhalinin sıx toplaşdığı ərazilər, təhsil ocaqları nəzarətə götürülüb" - Elşad Hacıyev

Azərbaycanda bu tarixdə İŞ OLMAYACAQ

Bütün xəbərlər
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031