BBC beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışır - ŞƏRH
Azərbaycanda BBC-nin ofisi 1994-cü ildən fəaliyyət göstərsə də heç vaxt reallığı işıqlandırmayıb və həmişə Ermənistanın separatist siyasətini təbliğ etməklə məşğul olub. Azərbaycan torpaqları 30 il işğal altında olduğu dövrdə BBC heç vaxt öz doğma yurdlarından qaçqın və məcburi köçkün salınmış azərbaycanlılara həsr edilmiş verilişlər hazırlayaraq efirə verməyib. Ermənistanın dağıdaraq viran qoyduğu yaşayış məntəqələrimizlə bağlı real vəziyyəti işıqlandırmaq əvəzinə erməni separatçılığının təbliği qəbulolunan deyil və bu, heç də beynəlxalq media qurumunun nizamnaməsinə uyğun gəlmir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Vətən müharibəsi zamanı Prezident İlham Əliyevdən müsahibə almağa gələn BBC jurnalistinin qərəzini xatırladan deputat fikirlərinə belə davam edib: “Jurnalist dövlətimizin başçısına Şuşadakı kilsənin vurulması ilə bağlı eyni sualı iki dəfə ünvanlasa da ermənilərin dağıdaraq təhqir etdiyi 67 məscidimiz barədə məsələyə heç toxunmadı. Sanki BBC-nin müxbiri Azərbaycan Prezidentini ittiham etməyə gəlmişdi. Lakin Prezident İlham Əliyev çox təmkinlə davranaraq suallara verdiyi əsaslı cavablarla diplomatikcəsinə müxbiri yerində oturtmuşdu. İndi də BBC Qarabağdakı saxta qurumun ildönümü ərəfəsində separatçılara efir vaxtı verir. Mağazanın boş rəfləri qarşısında separatçı Beqlaryandan müsahibə alaraq beynəlxalq ictimai rəyi yanlış istiqamətə yönləndirməyə çalışır. Hətta beynəlxalq platformalarda keçirilən görüşlərdə heç vaxt Dağlıq Qarabağ ifadəsi işlətmədiyi halda BBC bu ifadəni yenidən gündəmə gətirməyə cəhd edir. BBC-nin Azərbaycan ofisinin müxbiri Ağdam yolunda humanitar yardım aparmaq üçün gözləyən Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarından müsahibə alanda qərəzli suallar verir. Sanki bu müsahibə yox, prokurorun apardığı istintaq prosesidir. Sonra da separatçılarla əlaqə saxlanılır və onların saxta yazıq sifətləri dünya auditoriyasına çatdırılır. BBC-nin hazırladığı verilişləri, reportajları izləyənlərdə Azərbaycanın Laçın yolunu bağlanması nəticəsində Qarabağda yaşayan separatçıların aclıqdan ölümlə üz-üzə qaldığı təsəvvürü formalaşır. Britaniyanın dövlət büdcəsindən maliyyələşən BBC kimi beynəlxalq media orqanında separatçılığın təbliği yolverilməzdir. Çünki separatçılıq meylləri bir çox ölkədə, o cümlədən Avropanın özündə də mövcuddur. BBC kimi media orqanlarının ikili standartlardan məsələlərə yanaşması və separatçılığın təbliği dünyanın yeni problemlərlə üzləşməsinə yol açır”.

A.Badamovun sözlərinə görə, Azərbaycana qarşı qərəzli yanaşması BBC-nin ofisinin ölkəmizdə fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı məsələni gündəmə gətirir. BBC-yə ölkəmizdəki ofisinin fəaliyyətinin milli maraqlarımıza qarşı olduğu sərt şəkildə bildirilməlidir. Həmçinin Azərbaycana qarşı ikili yanaşmasını dəyişdirməsi, bu günlərdə efirə verilmiş separatçılığı təbliğ edən verilişə görə üzür istəməsi və obyektivliyə əsaslanan fəaliyyət göstərməsi tələb edilməlidir. Ən əsası BBC-yə Azərbaycana qarşı yanaşmasında dəyişiklik etməzsə, onun ölkəmizdəki ofisinin akkreditasiyasının ləğv olunacağı ilə bağlı xəbərdarlıq edilməlidir.

Son xəbərlər

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930