Prezident İlham Əliyevin “Euronews”a müsahibəsində Qarabağın erməni sakinlərinə açıq mesajlar verildi - Şərh
Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində bir neçə parametr üzrə sülh gündəliyinə dair çağırışlar yer aldı. Bütövlükdə həm Ermənistanın siyasi rəhbərliyinə və ictimaiyyətinə, həm Qarabağda yaşayan erməni sakinlərə, həm də regionda həqiqətən sabitlik istəyən qüvvələrə açıq mesajlar verildi. Dövlətimizin başçısı regionda və dünyada gedən prosesləri düzgün qiymətləndirərək qarşı tərəfə zamanın onların əleyhinə işlədiyini, əks təqdirdə, hansı təhlükələrin ola biləcəyini, xəbərdarlıqlardan doğru nəticə çıxarmaq üçün hələ də şansların qaldığını ifadə etməklə Azərbaycanın xoş niyyətini bir daha ortaya qoydu. Sülh istəmək zəiflik əlaməti deyil, Azərbaycan öz gücünü hərb meydanında sübuta yetirib. Dövlətimiz öz gücünü lazım gələrsə, milli maraqlara təhdid yaranarsa, yenidən nümayiş etdirməyə hazırdır. Sadəcə olaraq, regionun inkişafı və iqtisadi potensialını düzgün istiqamətə yönəltmək üçün ölkəmiz müharibə tərəfdarı deyil. Ermənistanın keçmişi unudub, reallıqlarla barışmaqdan başqa yolu qalmayıb. Bu ölkə hansısa qüvvələrə arxalanıb, bəzi maraqlı dairələrin vədinə inanıb sülhü sabotaj etməyə cəhd göstərsə, fərqli vəziyyətlərə düşmək riskləri böyükdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural Əliyev söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev istər yerli mətbuata, istərsə də xarici media orqanlarına müsahibələrində bir çox mühüm amilləri rasional şəkildə xarakterizə edərək, faktlar əsasında bəzi ölkələrin Qarabağı Azərbaycanın tərkibində tanıdığını, ancaq hüquqazidd bəyanatların qəbuledilməz olduğunu dəfələrlə vurğulayıb.

"Laçın yolu ətrafında siyasi manipulyasiyaların təzahürləri artıq heç kəsdə şübhə yaratmır. Bəzi qüvvələr çalışırlar ki, qanunazidd fəaliyyətlərlə “humanitar şou” düzəltməklə Azərbaycanın haqlı tələblərinin qarşısını kəssinlər. Dövlətimizin başçısı xarici telekanallar vasitəsilə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin humanitar məqsədlər üçün hər zaman açıq olduğunu, bu günədək iki mindən çox erməni sakinin keçdiyini, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) işinə maneçilik törədilmədiyini nəzərə çatdırdı. Digər vacib detal isə Azərbaycan Prezidentinin BQXK-nın Xankəndidəki ofisinin İrəvana deyil, Bakıdakı mərkəz qarşısında cavabdehlik daşımasının beynəlxalq hüquqla daha doğru olmasını bildirməsi idi”, - deyə politoloq vurğulayıb.

T. Əliyev bildirib ki, Prezident İlham Əliyev müsahibə zamanı Avropa ilə siyasi-iqtisadi əlaqələrin inkişafından, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında aktiv fəaliyyətinin müsbət dəyərləndirilməsindən, ölkəmizin indiyədək heç bir platformadan imtina etmədiyindən danışdı. Həmçinin sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşısına məqsəd qoyan istənilən vasitəçilərin bütün səylərini dəstəklədiyini açıqladı.

Müsahibənin sonunda isə dövlətimizin başçısı Qarabağda yaşayan erməni sakinlərə hüquqlarının yeganə qarantının Azərbaycan dövlətinin olduğunu, kənar qüvvələrin və qondarma qurumun təmsilçilərinin sözlərinə aldanıb miflərdən ibarət xülyalara arxalanmamalarını bildirdi.

Azərbaycan ölkə vətəndaşlığını alacaq şəxslərin digərləri ilə bərabər imkanlara sahib olacağını, təhsil, mədəniyyət hüquqlarının tanınacağını vəd verir. Qarabağda yaşayan erməni sakinlər üçün bundan böyük fürsət ola bilməz. Seçim hüququ və gələcəklə bağlı hansı coğrafiyada məskunlaşmaq isə hər kəsin öz ixtiyarındadır.

Son xəbərlər

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930