Müəllif : Elşən Təhməzov

Müasir dövrdə poeziya yalnız söz sənəti deyil, həm də insanın ruhunun, cəmiyyətin təlatümlərinin və zamanın psixoloji kodlarının güzgüsüdür. Bu güzgüdə zamanın tozuna bürünmüş kədər, suallar və qayıdış arzuları əks olunur. Müasir şair Hikmət Məlikzadənin poetik irsi, məhz bu güzgünün önündə dayanan səmimi, etirafçı, bəzən ironik, bəzən isə mistik bir ruh halını təqdim edir. Onun şeirləri təkcə misralar deyil, onlar bir iç dünyasıdır, bir çağırışdır, bir boyunəymə və eyni zamanda bir üsyandır.
Görkəmli sənətkar Hikmət Məlikzadə sözün təkcə formal gözəlliyini yox, məzmununun da dərinliyini daşıyan nadir şairlərdəndir. Onun poeziyasında duyğular təkcə hiss deyil, həm də analiz, düşüncə, fəlsəfə və yaşanmış həyatın izidir. O, klassik poeziya ilə modernist poetikanın sərhədində yer alır və bu sərhədi bəzən keçir, bəzən isə sual altına alır. Hər misrasında bir sükut yatır, amma bu sükutun içində elə bir qışqırıq var ki, oxucunun içini oyur, qaranlıq yerlərə işıq salır.
Hisslərin içində qopan fırtınaya sahib şairin təqdim etdiyimiz şeirlərinə təkcə bir oxucu gözü ilə yox, həm də ədəbi tədqiqatçı gözü ilə nəzər salaq.
“Üç nöqtə” ilə başlanan şeir
Üç nöqtə qoyuram hər sözdən qabaq,
Beynimdə dolaşıq fikirlər artır.
Gözlər cana düşən iki işıqdı,
Sən də şam sanırsan, zikirlər artır.

Bu misralar nəinki yazarın üslubunu, həm də onun daxili halını simvolizə edir. Üç nöqtə qeyri-müəyyənlik, tamamlanmamışlıq, davam edən sualların işarəsidir. Burada poetik fiqurlar içində psixoloji qeyri-sabitlik, daxili tərpənişlər, yaşamaq dilemması konkret estetik forma alır.
“Havası ağırdı bu dadsız ömrün...”
Bu şeirdə ədəbiyyat xadiminin egzistensial düşüncələri daha qabarıq görünür.
Havası ağırdı bu dadsız ömrün,
Həyat acı gəlir ağıza, bük, at.
Başına duz çevir axşamkı şəklin,
Sonra dua kimi kağıza bük, at...

Bu, cəmiyyətin içində tək qalmağın, uyğunlaşmamağın sükutla səsləndirilmiş fəryadıdır.
“Vağzalda tək qalan adam” şeiri
Nə vaxtdı küsmüşəm hamıdan... boş ver,
Qəzəb dəli hissdi, tiyəsi yoxdur...
Qatar mənsiz gedib, vağzal yuxulu,
Eh, bu xarabanın yiyəsi yoxdur?

Şair burada özünü “vağzalda qalan sərnişin” kimi təqdim edir. Vağzal keçid məkanıdır, insanlar orada bir yerdən başqa yerə keçirlər. Ancaq bu vağzalda şair qalır, qatar isə gedir. Bu zamanın ötüb keçməsi, insanın bu axında yaddan çıxması, tərk olunması formasdır.
Hikmət Məlikzadənin poeziyasında mistik motivlər, sufizm elementləri, günah-haqq anlayışları da öz yerini tapır.
Hikmət Məlikzadənin şeirləri bir çox janrın və mövzunun qovşağındadır. Fəlsəfi poeziya, ironik müşahidə, egzistensial iztirab, mistik və sufistik elementlər və əlbəttə ki, şəxsi iztirabların estetik dillə ifadəsi. Bu şeirlərdə hər bir insan özünü tapa bilər yalnızlığında, sevdasında, üsyanında və sükutunda. Onun poeziyası təkcə ədəbi deyil, həm də psixoloji və ictimai analiz üçün bir məqamdır.
Hikmət Məlikzadə, təkcə şair deyil, zamanın ruhunu hiss edən və onu sözə çevirən bir daxili səs, bir söz müdrikidir. Onun misraları nə qədər şəxsi olsa da, o qədər də ümumbəşəridir.

Son xəbərlər

Azərbaycan Bolqarıstandan "Premium" benzin idxalını 20 dəfə artırıb

İlham Əliyev Auditin inkişaf mərhələlərinə həsr edilən beynəlxalq konfransın iştirakçılarına müraciət göndərib

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Prezident onları təltif etdi - SİYAHI

Avropa Liqasında mövsümə start verilir

Zakir Həsənov 13-cü Pekin Syanşan Forumunda iştirak edib

"Kurtlar vadisi"ndən təhdidə görə ayrılıbmış - FOTO

Xərçənglə bağlı yeni kəşf: 1 800-ə yaxın mikropetid aşkarlandı

Dolların qlobal çöküşü başladı - İki dünya nəhəngi ABŞ valyutasını necə sıxışdırır?

Məktəbi kim icad edib? – 4 min illik təhsilin sirli tarixi

Abbas Əraqçi və Van İ Pekində danışıqlar aparıblar

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib

Nümayəndələr Palatası Trampdan İrana qarşı hərbi əməliyyatları dayandırmağı tələb edib

Naftalan sanatoriyasının direktoru vəfat etdi

Zelenski təyyarəsinə edilən hücum cəhdlərindən danışdı

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşdü

Mənzurə Musayevanın işdən çıxarılan qardaşına vəzifə verildi

Bakının bu ərazilərində suyun verilişində fasilə olacaq

Komada olan qadın mələk görüb, ana dilini unutdu

Raqif Nazimoğlu : Bu,nə xəbər idi ... FOTO

Rafael MƏMMƏDOV - 60

VALİDEYNƏ EHTİRAM

“Görəsən, Tanrı niyə atamın ayaqlarını əlindən aldı?” - Britni Spirs

Tarix Vüsallı : Mən küləklə danışıram gecələr - FOTO

lk Yardım və Miqrasiya kontekstində tədbir - FOTOLAR

“Sizi məhv etməyəcəyik” - Süni intellekt aktrisasından ŞOK AÇIQLAMA

Reuters: Ukrayna Rusiyanın reaktiv PUA-larına qarşı yeni tutucu dronların sınağında uğursuz olub

Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930