Aprelin 25-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir “Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. Məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların, xüsusilə də yəhudi kökləri ilə yanaşı əsl Azərbaycan övladı kimi tarixə düşmüş Albert Aqarunovun Vətənə sədaqətini, qəhrəmanlığını yeni nəsillərə çatdırmaq idi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhidlərimizə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, alimlər, din xadimləri və şəhidin ailə üzvləri iştirak ediblər. Magen David” Azərbaycan İnsan Hüquqları müdafiəsi və xeyriyyə cəmiyyətinin sədri, Ümumisrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri David Seliverstov, Milli Məclisin deputatı, Azərbaycan-İsrail Parlamentlərarası İşçi Qrupunun rəhbəri Anatoliy Rafailov, “Dağ Yəhudiləri” Dini İcmasının sədri Milix Yevdayev, Albert Aqarunovun qardaşı Rantik Aqarunov və digər natiqlər çıxış edərək Azərbaycanın qəhrəman övladları arasında Albert Aqarunovun xüsusi yeri olduğunu vurğulayıblar. Qeyd olunub ki, Albert Aqarunov yalnız bir tank komandiri kimi deyil, həm də Vətənə sədaqətli, cəsarətli, xalqına bağlı bir şəxsiyyət kimi yaddaşlara həkk olunub. Çıxış edənlər bu qəhrəmanlığın unudulmamasının və yeni nəsillərə ötürülməsinin vacibliyini vurğulayıblar.

Tədbir çərçivəsində Albert Aqarunova həsr olunmuş xüsusi videoçarx da nümayiş etdirilib. Daha sonra tanınmış incəsənət xadimlərinin iştirakı ilə bədii proqram təqdim olunub. İştirakçılar vətənpərvərlik və birlik ruhunda çıxışları böyük maraqla izləyiblər. Azərbaycan xalqının tolerantlıq, vətənpərvərlik və birgəyaşayış dəyərlərinin bir daha nümayiş olunduğu bu mərasim Albert Aqarunovun timsalında bütün şəhidlərimizin xatirəsinə olan dərin ehtiramın təzahürü kimi yadda qalıb.

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930