Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib
Dekabrın 8-də Bakıda Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı açılış nitqi ilə çıxış edərək, cari il 75-ci ildönümünün qeyd olunduğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi istiqamətində əhəmiyyəti barədə məlumat verib.

A.Səfixanlı dünyada baş verən müharibələr, soyqırımı cinayətləri, tətbiq edilən ikili standartlar nəticəsində bu Bəyannamədə təsbit olunmuş normaların yerinə yetirilmədiyini və pozulduğunu bildirib.

Əraziləri 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Azərbaycana münasibətdə ikili standartların mövcud olunduğunu, bu illərdə azərbaycanlıların bütün fundamental hüquqlarının kobud şəkildə pozulduğunu deyən aparat rəhbəri torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad edildiyini, pozulmuş insan hüquq və azadlıqlarının, tarixi ədalətin bərpa olunduğunu diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev çıxışlarında Azərbaycanda insan hüquq və azadlıqlarının təşviqi və təmini istiqamətində həyata keçirilmiş tədbirlərdən, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin ölkəmizdə tətbiqi istiqamətində görülən işlərdən danışıblar.

Sonra BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türkün Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75-ci ildönümünə və Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş videomüraciəti dinlənilib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında AZƏRTAC-ın da əməkdaşı var.

Son xəbərlər

ABŞ Çin və İrandan olan 10 şirkət və şəxsə sanksiya tətbiq edib

“Ən qısa müddətdə bu ölkəni tərk edin”

20 min nəfəri susuz qoyan bombanın qalıqları - Foto

Peskovun qızı üçüncü dəfə hamilədir

İranda partlayış səsləri eşidildi - HHM sistemləri işə salındı

Netanyahu livanlılara müraciət etdi

Azərbaycan 19 dövlətin adından mina təhlükəsi ilə bağlı çağırış etdi

Makron G7 sammitində kimlərin iştirak edəcəyini açıqlayıb

Rusiya bu ölkələrlə sərhəddə hərbi bazalarını artırır

Prezidentlikdən istefa verəcəyini bildirdi

Cəlilabadda müəllim dünyasını dəyişdi

Araz Nəsirov TƏBİB-dən getdi

“Son zəng”də bunlar qadağandır - Rəsmi

80 illik yubileyinə bunu hədiyyə istəyir

İSMAYILLI-TALISTAN VƏ AŞIQ ELMAN YARADICILĞI- FOTOLAR

Azərbaycan millisinin üzvü "Şamaxı"da

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

"İnternlər"in aktrisası vəfat etdi

Ölkəsində qəhrəman kimi qarşılandı...

Gədəbəyə dolu yağdı - Fotolar

Ərdoğan CHP-ni sərt tənqid edib

Vuçiç Azərbaycan müdafiə nazirini qəbul edib

Putin Rusiyaya daxil olan miqrantların tibbi müayinəsini tələb edən qanun imzalayıb

Hacıqabulda açıq ərazidə yanğın başlayıb

Sabah Nəsiminin bəzi küçələrində qaz olmayacaq

Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün heyət həlak olub

Ərdoğan: Ankaradakı NATO sammiti alyansın tarixində dönüş nöqtəsi ola bilər

Omanın Sohar şəhərinin şimal-şərqində yerləşən tankerdə yanğın baş verib, ölən var

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930