X sosial şəbəkəsinin işində nasazlıq yaranıb
Bir sıra ölkələrdə X sosial şəbəkəsinin işində fasilələr yaranıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Downdetector” saytında məlumat verilib.
Ən çox şikayət ABŞ-dan gəlib. Problem Böyük Britaniya, Fransa və Almaniyadan olan istifadəçilər tərəfindən də yaşanıb.