Belarus millisinin baş məşqçisi Karlos Alos sabah Azərbaycana qarşı keçiriləcək yoxlama görüşündən əvvəl mətbuat konfransında iştirak edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, ispan mütəxəssis millimiz haqda danışıb: “İki fərqli örtükdə oynamağın çətinliyi var. Bundan əvvəlki matç Tacikistana qarşı süni örtüklü meydançada, həm də isti havada keçirildi. Sabah isə təbii örtüklü meydanda və soyuq havada oynayacağıq. Martın 21-dən Azərbaycandayıq. Adaptasiya keçmişik, oyuna hazırıq. Tacikistan və Azərbaycanla oyun arasında müqayisə aparmaq istəməzdim. Tamamilə fərqli matçlar olacaq”.

- Bütün komanda oyuna hazırdır? Heyətdə problemlər, zədələr mövcuddur?

- Hamı hazırdır, problem və zədəlimiz yoxdur. Start heyəti ilə bağlı qərar verəcəyik.

- Azərbaycan millisi çətin vəziyyətdədir, inanılmaz təzyiq var. Son oyundakı məğlubiyyətin ardından mətbuat tərəfindən də təzyiq hiss edilir. Belarusda isə bu cür vəziyyət yoxdur. Demək olar ki, sizin psixoloji durumunuz daha yaxşıdır?

- Futbolda hər zaman təzyiq var. Sabah uduzsaq, təzyiq altında olacağıq. Azərbaycan yaxşı komandadır, rəqibə hörmətlə yanaşırıq. Buradakı son matçda onlara uduzmuşuq. Sabahkı matç rahat oyun olmayacaq. Son görüşdəki məğlubiyyət də komanda üçün motivasiya ola bilər. Meydana qələbə üçün çıxacağıq. Yoldaşlıq görüşü olduğunu nəzərə alaraq, nələrisə sınaqdan keçirmək fürsəti əldə edə biləcəyik.

- Fernandu Santuş tanınmış mütəxəssisdir. Polşa, Yunanıstan, Portuqaliya millisində işləyib. Demək olar ki, onun bəlli oyun üslubu var və matça da buna görə hazırlıq keçmisiniz?

- Fernandu Santuş top-məşqçidir, böyük komandada çalışıb, ona hörmətim də böyükdür. “Porto”, “Benfika”, Portuqaliya kimi komandalara rəhbərlik edib. Amma oyun üslubları eyni deyil. Çünki şərtlər və oyunçular da fərqli olub. Biz sabahkı matçda qələbə qazanmaq istəyirik.

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930