“Ziyalılar” qrupunun gözəllərindən biri, son dərəcə istiqanlı,
mehriban Aygün xanımın maması Elmira xanım Hüseynovaya

Ana haqqında yazılan şeirlərin, hekayə və povestlərin siyahısını tutsaq o qədər geniş bir mündəricə ilə rastlaşarıq ki. Çünki əli qələm tutan hər kəs sanki
anaya olan borcunu qəlbindən gələn lətafətli sözlərlə qaytarmaq istəyib. Hüseyn Cavid haqlı olaraq söyləyirdi ki, anasız nəinki övlad, millət belə yetimdir. Abdulla Şaiqin fikrincə isə, ata ağıl, ana da coşqun ürəkdir. Bunun ikisinin bir yerdə olması isə bəxtəvərlikdir. Səməd Vurğun isə anasız həyatı zindan adlandırıb.
Ana adı çəkilən kimi hər kəsin ürəyindən xəfif bir həsrət keçir. Yaşından, başından asılı olmayaraq laylalı günlərinə qayıdırsan. Ananın birinci rəmzi, onun
iç dünyasını açan, portretini yaradan şirin laylalarıdır. Elə bizim muğamatımızın da, segahımızın da ilk notları ana laylalarından su içib. Gecənin sübhə qarışan o uzun və nəğməli yolu ana laylasıdır. Elə bir bəstəkar, elə bir musiqiçi yoxdur ki,onun ana laylası tək möhtəşəm bir əsəri olsun?! Bütün
mahnılardan artıq sevdiyimiz şirin bir nəğmədir ana laylası! Səsi ruhumuzu oyadar. Sanki bir rəssam fırçası ilə həyatın rəsmini çəkib ana laylası! Şair Əli Vəkilin qəribə bir epiteti var: "İlk ana laylası Həvvadan yadigar qalan ana laylasıdır!" Bəlkə də buna görə ondakı şirinliyi, lətafəti ifadə etmək üçün yetər ki, ürəklə deyəsən: "Ən şirin, ətirli bal dünyanın ana laylasıdır, ana laylası!" İlk dil açanda da "ana" deyirik, dünyanı tərk edəndə də son kəlməmiz "ana" olur. Ən ağrılı halımızda da "ana" çağırır, sevinəndə gözlərimiz o müqəddəs varlığı axtarır. Laylalar bizim ilk eşqimiz, fəxrimiz, qürurumuzdur. “Ziyalılar”ın gözəllərindən biri olan Aygün xanımın (şamaxılı) anası Elmira ANAnın ad gününün də bu günlərə - ilaxır Çərşənbəsinin qapımızı döydüyü məqamlara düşməsi də təsadüfi deyil. Bu Bahar qızı xoşbəxtdir, fəxr edə bilər ki, Aygün xanım kimi övladı var.

Yuxarıda layladan söz açdım, bu yerdə də layla ilə bağlı sözümü davam etdirirəm. Hələ dünyanın adiliklərindən belə, xəbəri olmayan Aygün adlı dilsiz körpənin üzünə ilk təbəssümü gətirən də, onu sevindirən də, ona xoş hisslər aşılayan da məhz Elmira ANAnın laylası, mərhum Hüseyn KİŞİnin xeyir-duası olub. Gecənin şirin yuxusu hamını öz cazibəsinə alıb aparanda səhərədək göz qırpmayan bu ANA – Aygün xanımın maması Elmira xanımla Hüseyn kişi bərabər körpələri şirin uyusunlar deyə beşik başında ayıq-sayıq dayanaraq layla deyib, xeyir-dua söyləyiblər. Əvvəlcə beşik başında, sonra isə beşikdəki yavrular Hüsniyyəni, Xalidi, mərhum Cavidi, Aygünü böyüdüb ağılları kəsənədək, lap elə bu günədək də narahat olan məhz Elmira ANAdır. Qəribə oxşarlıq və bağlılıqdır: Yer üzünün ilk əsgəri analardır! İlk himni də ana laylası! Aygün xanımın maması da ilk əsgər kimi doğulub boya başa çatdığı qədim Şamaxı şəhərində övladlarının, ailəsinin keşiyini çəkib, bir gözü açıq, bir gözü yuxulu, bir qarnı tox, bir qarnı ac. O da başqa analar kimi laylasını bu yavruların, körpələrin beşiklərinin başında, dizləri üstündə onları yuxuladanda da qulaqlarının dibində səsləndirib.
Bu yazını yazanda iş yoldaşlarımdan biri gözləri görməyən, anadangəlmə kor olan bir gəncin anası haqqında hisslərini belə nəql etdi: “Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, baxışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim də yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam… Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim. Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim...» Bu sözləri oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan, uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək özü elə dünya işığından məhrum olmaq deməkdir. Təsəvvürümə, xəyalıma gətirirəm ki, Elmira xanım da bu gözəlliklərdən xali deyil.
Beynimə hopmuş, hafizəmdə daşlaşmış anamla bağlı ötən illərin həzin xatirələri indiyədək köksümü qürurla qabartmaqdadır. Bu günlərdə “Ziyalılar”ın başqa bir gözəl üzvü Şahnaz xanımla söhbətimiz zamanı o da mənim kimi etiraf etdi ki, rəhmətlik anası onun ağrılı yeridir. Mən də ildə iki dəfə çox kövrək oluram: atamla anamla dəfn oldunduğu günlərdə. Amma Allahdan arzu edirəm ki, Aygün xanımın mamasını ona, digər sevənlərinə çox görməsin. Analı dünya həyatdır, o, hər bir övlada incidir, dürrdür, o, bir körpüdür.
Elmira xanıma ad günü münasibətilə ən xoş arzularımı bildirməklə yanaşı ilk növbədə ona cansağlığı arzu edirəm. Və deyirəm ki, siz Aygün xanıma, eləcə də digər övladlarınıza ən yaxşı həyat bəxş etmisiniz və Siz Tanrının onlara ən yaxşı hədiyyəsisiniz. Sizsiz həyat onlar üçün qeyri-mümkündür. Allah Sizi möhkəm, sağlam eləsin və həyatda xoşbəxt saxlasın!
İstedadlı şair İlham Aslanovun şeirindən bir parça şeiri də ona ərməğan edirəm:

Sənə yazdım bu şeiri, qəzəli,
Sənsən mənim duyğularımın, əzəli.
İlk gördüyüm, ilk sevdiyim sən oldun,
Canım ana, dünyaların gözəli.

Səndən aldım ürəyimi, canımı,
Damarımda dövr eyləyən qanımı,
Sən ucaltdın şərəfimi, adımı,
Canım ana, dünyaların gözəli.

Səndən doğan bir parçayam, cahanda,
Duaların keşikçimdir, hər anda,
Hidayət etdin yolumu azanda,
Canım ana, dünyaların gözəli.

Südünlə doyuzdurdun, mən acanda,
Gec yatdın, oyandınsa dan açanda,
İki ruh olmuşuq, sənlə bir canda,
Canım ana, dünyaların gözəli.

Sənin qucağında şirin, yatardım,
Laylan ilə arzularıma çatardım,
Sevincimi, sevincinə qatardım,
Canım ana, dünyaların gözəli.

Ağlayanda, mənimlə ağlayardın,
Bir yerim ağrasa, qəm bağlayardın,
Güləndə şəlalətək çağlayardın,
Canım ana, dünyaların gözəli.

Yada sal ana, gecə yatmayanda,
Götürüb, ayağına salardın məni.
Nənni tək yellədib, laylay deyərdin,
Gah da, qucağına alardın məni.

Böyümüşəm, indi dəyişib dövran,
Ömür keçib, artıq başqadır zaman,
Darıxıram, o günlərimçün yaman,
Canım ana, dünyaların gözəli.


Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930