
Xəbərlər
9.10.2024, 00:12
AYGÜN HÜSEYN : ÇAL, AŞIQ - FOTO
Aşıq havası
Könlüm yenə qəribsəyib, amandır,
Bax əhvalım dönüb yenə, yamandır.
Ürəyimdə solan arzu gümandır,
Köklə sazı, bir xoş hava çal, aşıq!
Duyğu-duyğu qəlbim yenə qəribsər,
Ötən aya, ötən günə qəribsər.
Eşq yoluna gül - çiçəyi dərib,sər,
Köklə sazı, bir xoş hava çal, aşlq!
Həsrət odu ürəyimi dağlayır,
Qəm dumanı gəlib yolu bağlayır.
Mən Aygünəm, sinəm coşum- çağlayır,
Köklə sazı, bir xoş hava çal, aşıq!
Bax əhvalım dönüb yenə, yamandır.
Ürəyimdə solan arzu gümandır,
Köklə sazı, bir xoş hava çal, aşıq!
Duyğu-duyğu qəlbim yenə qəribsər,
Ötən aya, ötən günə qəribsər.
Eşq yoluna gül - çiçəyi dərib,sər,
Köklə sazı, bir xoş hava çal, aşlq!
Həsrət odu ürəyimi dağlayır,
Qəm dumanı gəlib yolu bağlayır.
Mən Aygünəm, sinəm coşum- çağlayır,
Köklə sazı, bir xoş hava çal, aşıq!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













