“Bu oyun bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz xallar qazanır, biz isə son 2 turda uduzmuşduq. Bunu başa düşürdük. Həftəboyu “Neftçi”yə qarşı yaxşı hazırlaşmışdıq. Onların təhlükəli mövqelərini, hansı mövqedən bizə qol vura biləcəklərini uşaqlara başa salmışdıq. Amma təəssüf ki, eyni, mənim istəmədiyim səhvləri etmək üçün komanda əlindən gələni etdi və rəqib bizə qol vurdu. İki qol buraxdıq, hələ daha 1-2 qol da buraxa bilərdik. Uşaqlardan soruşdum ki, bunu demişdim? Hər şeyi əksinə etdilər. Sonradan oyunu toparlamağa çalışdıq. Sistemdə də dəyişiklik etdik. İkinci qolu vura bilmədik, uduzduq, məyusuq”.

"Turaztv.az" “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu sözləri “Səbail”in sabiq baş məşqçisi Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 27-ci turunun “Neftçi” ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb. - Futbolçuların ustalıq səviyyəsi sizi qane etmir?

- Futbolçulara deyirəm ki, bu səhvi etmək olmaz. Bu ötürməni bura o cür vermək olmaz. Futbolçulara tapşırıram ki, bu səhvi etməyin, etdik və iki qol buraxdıq. “Neftçi” bizə nə etdi ki? “Neftçi” yaxşı komandadır. Amma təhlükəni bilə-bilə üç xalı əlimizlə verdik “Neftçi”yə. Bilirdik ki, rəqib təzyiq edəcək. Biz pressinqə qarşı uzun hava topları ilə çıxmalıydıq.

- Azər Bağırov “Kəpəz”də belə problem olduğu haqda danışmışdı. “Qarabağ”la görüşdə əsas oyunçuları oynamamışdı...

- Məşqçi kimi tək qalmışam. Qış transfer pəncərəsindən yararlana bilmədik. Daha 2 futbolçu istəyirdik, alınmadı. Sonuncu yerdə gedən komanda necə ola bilər ki, güclənməsin? Özümüzü yiyəsiz komanda kimi hiss edirik. Futbol ictimaiyyəti tərəfindən də belədir. Hamı danışır ki, “Səbail” heç kimə lazım deyil. Axı burada nə qədər futbolçular var. Məşqçi kimi Azərbaycana gələcəkdə xeyir verə bilərəm. Xəyallarım, arzularım var. Bu dəqiqə hamı deyir ki, problem Cavid Hüseynovdadır. Xeyr. Problemlər böyükdür. Tək toparlamağa çalışıram. Amma tək gücümüz çatmaz. Məşqçiyə dəstək olmalıdır. “Səbail” qışdan sonra “Şamaxı” ilə matçdan savayı, bütün komandalara qarşı yaxşı oynayıb. Böyük məşqçilər oyunumuzdan, strategiyamızdan danışırlar. “Qarabağ”a qarşı da belə çıxmışdıq. Mənə dedilər ki, tutduğundan əl çəkmə, dönmə. Mən nə edim ki, “Səbail” heç yerdən dəstək görmür. Biz qalib gəlirik, mükafatımız 500 manat olur. Təsəvvür edirsiz? Pula görə oynamırıq. Amma bu durumda komandaya motivasiya olaraq, hansısa dəstək olmalıdır. “Kəpəz” hansısa komandanı udursa, əməlli-başlı pul alır.

- Rəhbərlik sizi başqa vədlə çağırmışdı. Vədlərinə etmədilər?

- 16-17 yaşımdam peşəkar futbol oynayıram. Xarakterimi, mərdliyimi, cəsarətimi bilirsiz. Sözü üzə deyən biriyəm. Tək qalmışm deyirəmsə, demək tək qalmışam.

- Həlledici məqamda tək qalmısızsa, o zaman sonuncu pillədə olacağınızla barışmısız?

- Barışmayacam. Sona qədər mübarizə aparacam. Amma sadəcə biz bu durumdan çıxmaq istəyiriksə, birlikdə etməliyik. Hansısa uğurlu nəticə tək məşqçinin işi deyil.

- Yiyəsizlik sponsorsuz qalmaq deməkdir?

- Sponsorumuz onsuz da komandadan əlini çəkib. Mən gələndən bəri hansısa maddiyyatdan söhbət gedə bilməz. Mükafat fondu, futbolçu transferi… Hər şeydə azalma var. Bu durumu qabardıram.

Qeyd edək ki, qarşılaşmadan sonra “Səbail” baş məşqçisi Cavid Hüseynovu istefaya göndərdiyini açıqlamışdı.

Son xəbərlər

Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub

Naxçıvan şəhərində avtomobil 2 tələbəni vurub - FOTO

BELA ZƏNGİBASARLI : YAZ GÜNƏŞİ - FOTO

İkinci görüşləri dəfn mərasimində oldu - Foto

Bu gün 9-cu siniflərin buraxılış imtahanı keçiriləcək

“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir

ABŞ-İran danışıqları dörd saatdan çox davam edib

Roma Papasının dəfnində protokol qaydaları pozulub

İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub - FOTOLAR

“Öz övladının yanında dedi ki, uşaqlardan imtina edirəm...”

Zaxarova koreyalı hərbçilərin müharibədə iştirakının səbəbini açıqladı

Yaşar Gülər: Türkiyənin müdafiə sənayesi məhsulları Azərbaycanda ortaq layihələrin bir hissəsinə çevrilib

Şərurlu İsfəndiyar siyasətçi və yazarlara bahalı restoranında qonaqlıq verdi — FOTOLAR

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib

Əli Mirəliyev reanimasiyadan çıxarıldı

Ölkəmiz Özbəkistanda keçirilən II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur - FOTOLAR

"Bavariya" və "Bayer"dən qələbə

Naxçıvanda Azərbaycan Psixoloqlarının I Forumu keçirilib - FOTOLAR

RUHUNU YAZAN ŞAİR... - FOTO

Azərbaycan Milli Xalça Muzeyində şahmat üzrə “Çempionların savaşı” turniri keçiriləcək

Azərbaycan avarçəkənləri Türkiyədə 1 qızıl və gümüş medal qazanıb - FOTO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Trampdan ehtimal: Putin Ukraynada müharibəni bitirməkdə maraqlı deyil

Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib - FOTOLAR

Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq

BİZİM TƏQVİM: Aprelin 26-da baş vermiş tarixi hadisələr

Gədəbəydə 45 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930