“Qolu “Qarabağ”dan buraxırsansa…” - Samir Abasov
Azərbaycan Premyer Liqasının XV turunun “Neftçi” – “Qarabağ” matçından (0:3) sonra “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”də hansı nəticə sizin üçün uğur sayılacaq? Bu gün gördüyümüz futbolçuların maksimum potensialı budur?

- Potensialdan danışmaq istəmirəm. İşin başlanğıcındayıq. Əgər “Neftçi”nin baş məşqçisi, futbolçususansa, bu cür oyunlarla sənə qiymət verilir. Futbolçuların bir oyunla ölçmək istəmirəm. Görüləcək işimiz və bu cür oyunlar çox olacaq. Qarşıma qoyulan “Neftçi”nin hədəfləridir. Hədəflərimiz yüksəkdir. Ona doğru getməyə çalışacağıq. Görəcəyimiz iş çoxdur. Bura gəlməmişdən əvvəl koamdandada ruh düşkünlüyü önə çıxırdı. Görünməyən və bilmədiyiniz problemlər çoxdur. Futbolçularda inkişaf görünür. Əhval-ruhiyyə yaxşıya doğru gedir. Bu gün üzücüdür. Ümid çox idi. Atmosfer də yaxşı idi. Bunu azarkeşlərimiz etmişdi. Sağolsunlar.

- Ramil Şeydayevin faydalı iş əmsalı sizi qane edir?

- Üzrlü hesab edin, tək-tək futbolçuları soruşsaz, cavab verməyəcəm. Futbolçuları bölmək istəmirəm. Siz sezdiyinizdən, gördüyünüzdən daha problemli məsələlər gördüm. O məni narahat edir. Sırf bəzi futbolçularla bağlıdır. Bu, məni çox narahat etdi. Üzərində dayanacağıq. Mediada müzakirə olunan futbolçular haqda danışmaq istəmirəm.

- “Neftçi” hücum xəttində istəkli görünmürdü. Sizcə, komandada taktiki gedişatlarda problem var idi, yoxsa oyunçular tapşırıqları yerinə yetirmədi?

- Çox istəkli idik. Son paslarda, son nöqtəni qoymaqda çatışmazlıqlar var idi. Biz də əks-hücuma yaxşı çıxmağa çalışırdıq. Fasilədə bildirdiyim irad o idi ki, son nöqtədə ürəyini qoymalısan. Epizoda girə bilirdik. Əfsuslar olsun ki, son nöqtələri qoya bilmədik. Bu da sırf psixoloji durumla bağlıdır. Futbolçularım həmin anlarda rahat deyildi. Bu, məni narahat edirdi. Belə qol buraxmalı deyildik. İlk qoldan danışmaq istəmirəm. İkinci hissədə komanda kimi belə reaksiya verməli deyildik.

- “Qarabağ” ikinci heyəti ilə “Neftçi” qarşısına çıxmışdı. Bu heyətə 0:3 uduzursuzsa, bəlkə əvəzedici heyətlə çempionata davam edəsiz? Liderdən 24, ikinci yerdən 23 xal geridəsiz... Kubok üçün daha yaxşı heyət formalaşdırmaq yaxşı olmaz?

- Nə edirsənsə, et bu heyətdən nəsə formalaşdırmalısan. Bu 20 futbolçunun içindən heyət formalaşdırmalıyıq. Bura gələndə bilirdik kimlərlə, hansı futbol oynayacağıq. Bunlar getsin, digərləri gəlsin deyə bir şey yoxdur. Bu cür şeyləri göz qabağına almışdıq. Bilirəm ki, hamı üzülüb. Mənim sözlərim onlara dərman deyil. Vəziyyəti soyuqqanlı analiz etməliyik. Kimisə ataq, onu çıxaraq, bu belə oynadı, o elə oynadı…Belə olmayacaq.

- Qışda hansı mövqelərə transfer edəcəksiz?

- Öz aramızda danışırıq. Hansı tip futbolçu istədiyimizi götür-qoy edirik. Elə mövqelər var ki, liqamızda həmin mövqeyə o cür futbolçu lazımdır. Həmin futbolçunu tapacağıq, gətirə biləcəyik, onu danışacağıq.

- Mətbuat konfransı elə danışdız ki, sanki bütün məğlubiyyətin səbəbkarı futbolçular idi. Bu, futbolçulara mesajdı? Ramil Şeydayev “Qarabağ”ın sabiq futbolçusudur və müdafiəçiləri daha yaxşı tanıyır onu. Başqa hücumçu ilə başlamaq olmazdı?

- Sizin şəxsi fikrinizdisə, normaldır. Ramil Şeydayev “Qarabağ”dan gəlib, oynamayacaq deyə, var belə şey? Digər hücumçulara gəldikdə, Darbo var. O, bu gün oyunçu olaraq ehtiyatda oturmuşdu. Heyətdən çıxarmaq istəmədik. Darbo oyuna çıxası vəziyyətdə deyildi. Zədədən sonra qayıtmışdı. Ağadadaş Salyanski, Yeqor Boqomolskiyə gəldikdə... Olsun da, bəlkə səhv seçim idi. Qəbul etmirəm. Ramil Şeydayev bu gün çox xeyir verməyə can atırdı. Özünü də bəlkə “Qarabağ”a sübut etməyə can atırdı.Təhlükəli epizodlarda da Ramil idi.“Qarabağ”ın müdafiəçiləri Ramili bu qədər tanıyırsa, onu necə buraxdılar?

- Adətən derbidə məğlub olan tərəf daha çox aqresivlik göstərir, qırmızı vərəqəni də gözə alıb, sərtlik göstərirlər. Amma sanki “Neftçi” futbolçuları vəziyyətdən narahat deyildi...

- Bizim komanda bu gün tam başqa ab-havada çıxmışdı oyuna. Bilirdik ki, oyunun içində çətinliklər yaranacaq. Nə qədər desələr, ikinci heyətdir. “Qarabağ”a qarşı oynayırdıq. Bu çətinliklərlə qarşılaşacağıq. Oyun qurmuşduq. Oyun başlayandan yaxşı tərəflərini görməyə başlamışdıq. Özünəinam futbolçularda yarananda qol buraxdıq. Qolu “Qarabağ”dan buraxırsansa, futbolçulara təsir edir. İkinci hissədə çalışdıq ki, bəzi şeyləri danışdıq, amma əfsuslar olsun ki, öz səhvimizdən sonra... Rzanın pis çıxarışından sonra qapımızda qol gördük. Onu da səhvə bağlayıram. İstəməzdim ki, ondan sonra çirkin futbola dönüşsün. Uduzsaq da, ən azından tapşırıqları məşqlərdə etdiklərimizi, o tempi qoruyub-saxlasınlar ki, bu gün uduzsaq da, ən azından bunu çıxaraq ki, sonrakı oyunlarda bu bizə kömək olsun. Hansısa futbolçu getsin rəqibi sındırsın. Bu yaxşı hal deyil. O aqresivliyin arxasında nələr başlayacaq ki, Velkovski futbolu bitirmişdi. Mən baş məşqçi oalaraq, necə yön verim? Aqressiv olamlısan, istəkli olmalısız.. İllah ki, uduzursan, sındır kart al, bunu biz edə bilmərik.

Son xəbərlər

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

Prezident Quba-Xəzəryanı regionu üzrə kəşfiyyat, işlənmə və hasilat sazişini təsdiq edib

Prezident İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Tələbə otaq yoldaşını bıçaqladı

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Mərkəzi Bankdan kreditlə bağlı qərar: Bu şəxslər zamin ola bilməyəcək

Hun Manet Zəfər parkını ziyarət etdi

AMEA-da USTAD AŞIQ HÜSEYN SARAÇLInın 110 illik YUBİLEYİnə həsr olunan BEYNƏLXALQ ELMİ KONFRANS KEÇİRİLİB (-Yenilənib-)

Ömrünü təhsilə və poeziyaya həsr edən ziyalı

Azərbaycan Prezidenti: Süni intellekt əqli mülkiyyət sistemləri qarşısında yeni vəzifələr müəyyən edir

İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub

Türkiyədə traktorun qoşqusu aşıb, 11 nəfər yaralanıb

Kamboca Baş nazirinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsinə yekun vurulub

Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq

Ayətxan Ziyad – 75

Moskva səfərini təxirə saldılar

HƏMİŞƏ ÖZ İTİM QAPIR QIÇIMI

Təyyarələr Moskvaya enə bilmədi

Şəhidimizin qardaşı dəm qazından dünyasını dəyişdi - FOTO

Okeanın dibində “qızıl ağac”a bənzəyən mərcan tapıldı

Kredit faizləri ilə bağlı meyar dəyişdi

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Canına qəsd edən musiqiçi öldü

Qəşəm Nəcəfzadə : Bir də görürsən...

Xameneinin müşavirindən xəbərdarlıq - "ABŞ-nin obyektləri hədəf alına bilər"

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi – TƏHLİL

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031