Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı və ən əsası biz ərazilərimizi minalardan təmizləyirik, o torpaqları dövriyyəyə qaytarırıq.

“Report”un ABŞ bürosu xəbər verir ki, bu sözləri Nyu-Yorkda səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-də Qadınların Statusu Komissiyasının 69-cu sessiyası çərçivəsində Türkiyə tərəfindən təşkil olunmuş “Rəqəmsal trendlər: qadın sahibkarlığının gələcək iqtisadiyyatı formalaşdırılmasında rolu” adlı yan tədbirdə çıxışı zamanı deyib.

Komitə sədri Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan işlər barədə qonaqları məlumatlandırıb və qeyd edib ki, bu sahədə Azərbaycanın təcrübəsi unikaldır və öyrənilməsi vacibdir: “Bu ərazilər həm bizim istifadəmizdən çıxmışdı, həm də orada yaşayan əhali doğma yerlərindən kənarda məskunlaşmışdı. Bu prosesdə onların yeni həyata qatılması və uğur qazanması çətin idi. Azərbaycan hökuməti də daha çox bu şəxslərin dövlətin imkanları hesabına yaşayışını təmin etdi”, - komitə sədri əlavə edib.

B.Muradova qeyd edib ki, oraya qayıdan insanların, xüsusilə qadınların yeni yaradılmış standartlar səviyyəsində yaşayış vərdişlərini və bacarıqlarını əldə etmələri üçün təlimlər keçirilir. Onun sözlərinə görə, Azərbaycan hökuməti bu ərazidə də daha çox ailə bizneslərinin, xüsusilə qadınların rəhbərlik etdiyi bizneslərin yaradılmasına üstünlük verir.

“Ölkəmizdə məşğul əhalinin 48 faizini, sahibkarların isə 23 faizini qadınlar təşkil edir. Biz komitə olaraq bütün digər qurumlarla, qadınların biznes bacarıqlarının artırılması və kiçik və orta biznes subyektləri yaratması üçün layihələr reallaşdırmışıq. Regionlarımızdakı mərkəzlər vasitəsilə qadınlarımız həm bacarıqlar əldə edir, biznes layihələr hazırlayır, maliyyə mənbələrini əldə etməsi üçün dəstək alır, həm də onları təqdim etmək, bazarlara çıxarmaq, satış imkanları əldə etmək üçün dövlətin və müvafiq qurumların dəstəyini alır”,- deyə Komitə sədri əlavə edib.

B.Muradova vurğulayıb ki, getdikcə həm torpaq sahibkarlarının, həm də biznes subyektlərinin sırasında qadınların sayı artmaqdadır. O bildirib ki, dövlət məsələnin bu istiqamətinə ciddi diqqət yetirir və bu sahədə atılmış addımlar qısa müddətdə onların sayını dəfələrlə artırmağa imkan verəcək.

Komitə sədri bu mövzunun bütün beynəlxalq platformalarda müzakirəsinin və bununla bağlı əməkdaşlığın artırılmasının vacib olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Zeynəb Cəmaləddin : A CİV-CİV SƏRÇƏLƏR - FOTO

Həcər sizə sirr desin?. - FOTO

Hər qadının heç kimin bilmədiyi bir hekayəsi var...

Əhaliyə “su və konserv yığın” təlimatı verildi - Bu ölkə savaşa hazırlaşır

Afiq Göyçəli : Danışanda çox danışma, çox dinlə ki, öyrənəsən! - FOTO

Yatarkən işığı söndürmək üçün yeni səbəb

Türkiyə Super Liqası: “Amed” “Beşiktaş”ı məğlub edərək liderliyə yüksəlib

Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində

İran XİN başçısı BMT Baş Assambleyasına yollanarkən Qətərdə qısamüddətli səfərdə olacaq

Çoxu da, azı da ziyandır - Qocalmamaq üçün bu qədər yatın

Meloni niqabı qadağan edir

KƏRİM MÜƏLLİM — DOSTLUĞUN, ZİYALILIĞIN VƏ KİŞİLİYİN ÖMÜR ÖLÇÜSÜ

NƏSİB ABİD - SÖZƏ İŞIQ SALAN FİLOLOQ - FOTO

BİZ SİZİNLƏ FƏXR EDİRİK...

Niyaməddin Musayev bu yolla formada qalır

İncəsənət dünyasının ən nüfuzluları - SİYAHI

Üzümü dərmişəm, ey dildar, gəl... - FOTOLAR

İmran Xanın bacısı saxlanıldı

Göygöldə qadın öldürüldü - Əri saxlanıldı

Sürpriz qatar və ya cəmi yeddi dəqiqə

Hər körpəyə toxunan qəlpələr səndən keçir.

Antiterror əməliyyatları şəhidi Tural Cahangirov anıldı - Fotolar

YAP fərqlənən Balaxanı neftçilərini peşə günləri münasibəti ilə mükafatlandırdı - FOTO

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

"İncə fikirlər" layihəsinin növbəti qonağı AYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və Turan Yazarlar Birliyinin xüsusi ödülü laureatı, yazıçı-publisist, şair Sevil Gül Nur xanımdır.

Adilə Aslanova : TÖKÜLÜM - FOTO

Zərifə Sufi Mikayılova - 65

Elxas Comərd : Şeytanmı, fələkmi işimi əyib? - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930