Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük iddiasına müəyyən şərtlər daxilində baxacaq
İsveçin NATO-ya daxil olmaq ərizəsinin Türkiyə parlamentində müzakirə və təsdiqi Ankaranı narahat edən məsələlərin həlli üçün Stokholmun atdığı konkret addımlardan asılıdır.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri “A Haber” telekanalının efirində Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib.

“İsveç müsbət hesab edə biləcəyimiz addımlar atır. Amma hazırda bunun kifayət olub-olmadığına qərar vermək bizim Xarici İşlər Nazirliyimiz və hökumətimizdən asılıdır. Əgər hər şey eyni axarda inkişaf etməyə davam edərsə və İsveç bizim narahatlığımızı nəzərə alarsa, Türkiyə hökuməti məsələni parlamentdə nəzərə ala bilər”, - deyə N.Kurtulmuş söyləyib.

Türkiyə parlamentinin sədri qeyd edib ki, iki ölkə parlamentarilərinin danışıqlarının aparıldığı binanın 150 metrliyində terror təşkilatı üzvlərinin aksiya keçirməsi Ankara üçün qəbuledilməzdir: “Biz bilirik ki, İsveçdə vətəndaşlarımızdan pul qoparan terror təşkilatları ilə əlaqəli qruplar var. Bu, bizim üçün çox həssas məsələdir. Xaricdəki bu cür silahlı qrupların hakimiyyət orqanları tərəfindən heç bir halda müdafiə oluna bilməmələrini tələb edirik”.

Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birmənalı olaraq İsveçin Alyansa daxil olmaq ərizəsini təsdiqləməyə razılıq verib. Lakin Türkiyə parlamentinin yay tətili ilə əlaqədar iş səngiyib. Buna görə də İsveç oktyabrın 1-dək, türk parlamentarilərin işə qayıtdıqları vaxtadək gözləmək məcburiyyətindədir.

Son xəbərlər

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930