Xəbərlər
20.01.2023, 22:57
İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
İsveçin Türkiyədəki səfiri Staffan Herrström Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, buna səbəb sabah Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında Qurani-Kərimin yandırılmasına icazə verilməsi olub.
Səfirin diqqətinə çatdırılıb ki, PKK-ya bağlı dairələrin bu cür təxribat xarakterli hərəkətlərinə icazə vermək olmaz və şiddətlə qınanılır. İsveçin mövqeyinin qəbuledilməz olduğu, müqəddəs dəyərlərin təhqir oluna bilməyəcəyi vurğulanıb.
“PKK-ya bağlı dairələrin sabah Stokholmun mərkəzində keçirəcəyi nümayiş, terror təşkilatları və onların havadarlarının təbliğat fəaliyyətinə icazə verilməsi üçtərəfli razılaşmanın (Türkiyə, İsveç və Finlandiya arasında) açıq şəkildə pozulmasıdır”, - deyə qeyd olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay