Ombudsman Aparatı ilə ÜST arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə nümayəndəliyinin regional məsləhətçisi Peter Hyus ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, görüşdə ÜST-nin ölkə nümayəndəliyi tərəfindən həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” adlı layihə barədə müzakirə aparılıb, həkimlərin, psixoloqların, sosial işçilərin postmüharibə dövründə əhaliyə psixoloji və sosial yardım göstərməsi üçün bilik və bacarıqlarının artırılması ilə bağlı görülən işlərə toxunulub. Eyni zamanda, müharibə veteranlarının, şəhid ailələrinin üzvlərinin, məişət zorakılığından zərər çəkən şəxslərin hüquqlarının təmini məqsədilə həyata keçirilən tədbirlərdən danışılıb.

A.Səfixanlı qonaqları Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın bu istiqamətdə fəaliyyəti, dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri barədə məlumatlandırıb. Ombudsmanın təşəbbüsü əsasında şəhid ailələri, müharibə veteranları, hərbi əməliyyatlar zamanı zərər çəkmiş mülki şəxslər üçün ödənişsiz tibbi-psixoloji yardım aksiyalarının təşkil edildiyi, habelə “916” Çağrı mərkəzinin müraciətlərin qəbulu ilə əlaqədar 24 saat fəaliyyət göstərdiyi bildirilib. Əlavə edilib ki, ombudsmanın regional mərkəzləri tərəfindən davamlı olaraq bu mövzuda əhali qrupları ilə iş aparılır, mütəmadi olaraq maarifləndirici tədbirlər təşkil olunur.

Bundan başqa, azad edilmiş ərazilərə səfər edən və ya orada çalışan çoxsaylı insanların Ermənistan tərəfindən basdırılmış mina və digər hərbi sursatların partlaması nəticəsində ağır bədən xəsarətləri aldığı, bu baxımdan həmin şəxslərə psixoloji dəstək göstərilməsinə və onların hüquqlarının təmininə diqqətin artırılmalı olduğu vurğulanıb.

Görüş zamanı Ombudsman Aparatı ilə ÜST arasında birgə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Meloni İlham Əliyevə təşəkkür etdi

Murad Adıgözəlzadə baba oldu - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930