Azərbaycan ilə Misir arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidi ilə görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Misir arasında diplomatik əlaqələrin qurulmasından 30 il ötdüyünü qeyd edən S.Əliyeva bu müddət ərzində iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin qurulduğunu və inkişaf etdiyini vurğulayıb.

Görüş zamanı Ombudsman ötən il təsisatın yaradılmasının 20 illiyinin qeyd olunduğunu qonağın diqqətinə çatdırıb, bu dövr ərzində insan hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər barəsində geniş məlumat verib.

S.Əliyeva 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, mədəni, tarixi və dini abidələrə qarşı vandalizm aktları barədə qonağı məlumatlandırıb. Ombudsmanın həyata keçirdiyi faktaraşdırıcı missiyalar və bunun nəticəsi olaraq hesabatların hazırlandığı diqqətə çatdırılıb.

Ombudsman Misirin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini qeyd edib. Bildirib ki, müharibə dövründə də Misir xalqının mənəvi dəstəyi ölkələrimiz arasındakı dostluq əlaqələrinin sarsılmaz olduğunu bir daha göstərdi.

Səmimi görüşə görə, təşəkkürünü bildirən qonaq iki ölkənin milli insan hüquqları təsisatları arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Görüş zamanı insan hüquqlarının təbliği və maarifləndirmə sahəsində ölkələrimiz arasında birgə əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Yekunda qonağa Ombudsman Aparatının 20 illiyinə həsr olunmuş poçt markası təqdim olunub.
Azərbaycan ilə Misir arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Son xəbərlər

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930