Ombudsman Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalkonu qəbul edib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüş zamanı Ombudsman fəaliyyət istiqamətləri, o cümlədən gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən işlər barəsində qonağa geniş məlumat verib. Vurğulanıb ki, həm 2022-ci il, həm də əvvəlki illər üzrə məruzələrində Ombudsman qadınların sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının səmərəli təmini istiqamətində çoxsaylı təkliflər irəli sürmüşdür.

S. Əliyeva qeyd edib ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, saxlanma şəraiti və onlarla rəftar məsələlərinin araşdırılması məqsədilə Ombudsman və onun Milli Preventiv Qrupu tərəfindən mütəmadi olaraq başçəkmələr həyata keçirilir. Bundan başqa, Ombudsmanın məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etdiyi, habelə Əfv Məsələləri Komissiyasının iclaslarında fəal iştirak etdiyi bildirilib. Qeyd olunub ki, fəaliyyət dövründə Ombudsmanın vəsatəti ilə ümumilikdə 805, 2022-ci ildə isə 31 məhkum əfv edilib.

Ombudsman, həmçinin ötən dövr ərzində Avropa İttifaqı və Avropa Şurasının dəstəyi ilə həyata keçirilən “Şərq tərəfdaşlığı ölkələrində ayrı-seçkilik, nifrət zəminində cinayət qurbanlarının hüquqlarının müdafiəsi üçün məhkəmədənkənar mexanizmlər vasitəsilə ədliyyəyə çıxış imkanlarının gücləndirilməsi” adlı regional layihənin ayrı-seçkiliklə mübarizə sahəsində fəaliyyətin gücləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Görüşdə S.Əliyeva Ombudsman Aparatının əməkdaşlarının peşəkar biliklərinin daha da artırılması, habelə fərdi məlumatların mühafizəsi ilə bağlı əməkdaşlıqda maraqlı olduğunu və bu sahədə Avropa İttifaqı tərəfindən texniki dəstək göstərilməsinin vacibliyini vurğulayıb.

Qonaq səmimi qəbula görə S.Əliyevaya təşəkkürünü bildirib və qarışlılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsində səylərini əsirgəməyəcəyini qeyd edib. Avropa İttifaqı tərəfindən dəstəklənən Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması ilə əlaqədar layihə çərçivəsində Ombudsman təsisatının iştirakına toxunan P.Mixalko insan hüquqlarına dair bu və digər layihələrdə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Yekunda qonağa Ombudsman təsisatının 20 illiyi münasibətilə hazırlanmış poçt markası və məlumat xarakterli buklet və lifletlər təqdim olunub.

Son xəbərlər

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

TARİXLƏŞƏN SENTYABR

Bu dövlət şirkətlərinin siyahısına dəyişiklik edildi

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Baş Prokurorluğun nümayəndələri BMT tədbirində iştirak ediblər

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Mustafa Sandal və xanımından 11 milyardlıq iddialara cavab

Əlli ilin işığında... - FOTOLAR

Sabah Azərbaycanda leysan olacaq - XƏBƏRDARLIQ

Şərafəddin Ilkin : BAXANA XOŞ GƏLƏN GÖZ ADAMIYAM - FOTO

Bir müəllimin kölgəsində qalan ömür - FOTOLAR

Qəlbimizdə həmişəlik yaşayacaqsan...

Mədəni gözəlliyi əsəblər məhv etməsin...

"QOŞMA"DA QAZİ GÖRÜŞÜ - FOTOLAR

NƏ YAXŞI Kİ... - FOTO

Şahbulaq qalası ətrafında turizm infrastrukturunun yaradılması yekunlaşır

Zelenski: Rusiyanın Kiyev vilayətinə zərbəsi zamanı Azərbaycan vətəndaşı həlak olub

İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib - SİYAHI

Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - SƏRƏNCAM

"Harmoniya" sənədli filmi bu gün Romada təqdim olunacaq

Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliya ilə üz-üzə gələcək

Portuqaliya Ronaldosuz qalib gəldi

İlham Əliyev Zəfər parkında olub - FOTOLAR

Afiq Göyçəli : Yol ölçürsən paxıllığın taxtına - FOTO

İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"

Bakının bu ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930