Ölkə başçısı cənab İlham Əliyev Azərbaycana qarşı yönəlmiş informasiya  terroruna qarşı əks-arqument cəbhəsi açdığını yenidən nümayiş etdirdi
2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşən xalqımızın və Ordumuzun gücü ilə 44 günlük Vətən müharibəsi Zəfərlə sona çatdı. Son iki əsrlik tarixin heç bir dönəmində, dünyanın heç bir ölkəsində görünməyən nadir olan hadisə - işğal edilmiş torpaqların hərb yolu ilə geri qaytarılması baş tutdu. Dövlətçilik tariximizin Müstəqilliyin Bərpası, Dövlət Bayrağı və Milli Dirçəliş günləri kimi şərəf salnamələri sırasına, hər xalqa nəsib olmayan yeni əlamətdar tarixi gün - Zəfər Günü yazıldı.Vətən müharibəsi zamanı Ölkə başçısının qlobal media gündəmini silkələyən,
çoxsaylı xarici informasiya agentliklərinə verdiyi müsahibələri onun intellektual və diplomatik qüdrətinin bariz nümunəsi olmaqla yanaşı,informasiya müharibəsi cəbhəsində dünya erməni və anti-Azərbaycan şəbəkəsinin bütün səylərinin üzərindən xətt çəkdi.

Dövlətimizin başçısının parlaq şəxsi keyfiyyətləri ilə baş tutan ardıcıl müsahibələr “informasiya bombası” effekti yaratdı, düşməni bu sahədə tərksilah etdi. Müsahibələr informasiya cəbhəsində həm məğlubiyyətə uğrayan Ermənistanın, həm də onu himayə etməyə çalışanların saxta xəbərlərini anındaca dəf etdi. Döyüşlərin ilk günlərindən Prezident İlham Əliyevə xarici mənbələrdən edilən fövqəladə və aqressiv xarici mesaj və təzyiqlərin mənasızlığını bütün dünyaya
bəyan etdi.Müharibə müddətində və sonrakı dövrlərdə xarici jurnalistlərə verilən müsahibələrlə Ölkə rəhbəri cənab İlham Əliyev bütün dünyaya: diplomatiya, siyasi liderlik, tarix, natiqlik, ideologiya, informasiya müharibəsi, beynəlxalq hüquq, ədalət dərslərini keçdi.Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 22 iyul tarixində “Euronews” telekanalına verdiyi növbəti müsahibəsində Azərbaycan–Ermənistan münasibətləri, Cənubi Qafqazın sülh gündəmi, İrəvanın Qarabağ ermənilərinin humanitar durumu ətrafında yaratdığı siyasi şou və sair bu kimi məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin ölkəmizin mövqeyinə aydınlıq gətirməklə, prinsipial baxış ortaya qoyub. Dövlət başçısı
“Euronews” televiziyasına müsahibə zamanı Azərbaycan və Ermənistan arasında sülh sazişinin prinsipləri barədə danışaraq qeyd etmişdir:
“2020-ci il noyabrın 10-da imzalanmış sənəd Bəyanatdır o, sülh razılaşması deyildi. Əslində, imzalanmış sənəd Ermənistanın kapitulyasiya aktı idi. Buna görə biz Ermənistanla münaqişənin yekun həll variantını tapmaq məqsədilə müəyyən təşəbbüslərlə çıxış etməyə başladıq. Azərbaycan sülh sazişinin prinsiplərini müəyyən etdi. Onlar ərazi bütövlüyünün, suverenliyin və beynəlxalq sərhədlərin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası, gücdən istifadə etməmə və ya güclə təhdid etməmə kimi beynəlxalq hüququn tam məlum prinsipləridir”.Müsahibə zamanı Ölkə Prezidenti Qarabağda yaşayan ermənilərə müraciət edərək demişdir: “Ermənistan sülh istəyərsə, biz ona nail olacağıq. Çünki bizim Ermənistana qarşı hər hansı bir ərazi iddialarımız yoxdur. Biz onların da Azərbaycana qarşı ərazi iddialarının olmamasını istəyirik. Qarabağda yaşayan ermənilərə seçim hüququ veriləcəkdir. Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda
yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər”.Şübhəsiz ki, müsahibə bəzi beynəlxalq dairələrin Bakı–İrəvan münasibətləri kontekstində nümayiş etdirdikləri ermənipərəst yanaşmalara da tutarlı cavab baxımından son dərəcə əhəmiyyətli idi. Bu baxımdan Ölkə başçısı cənab İlham
Əliyev bu müsahibəsi ilə 44 günlük Vətən müharibəsi dönəmində olduğu kimi, Azərbaycana qarşı yönəlmiş informasiya terroruna qarşı əks-arqument cəbhəsi açdığını yenidən nümayiş etdirdi.

Dosent Araz Fərəcov -
ADPU-nun riyaziyyat fakültəsinin dekanı

Son xəbərlər

Günün qoroskopu: ​Heç kəsə görə özünüzü dəyişməyin

Qızıl medalçılarımız Vətənə qayıtdı

Bakıda məmur arvadını döydü - Şok səbəb

“Tezliklə benzin qiymətləri düşəcək”

17 il əvvəl öldürülmüşdü - 36 nəfər həbs edildi

3 milyon borca görə təyyarə saxlanıldı - Sərnişinlər düşürüldü

Atlaz Rzayi : Sən hələ bilmirsən - FOTO

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTOLAR

Türkiyə yığması uduzdu

Rusiyadakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

Valideynlərin bu sözləri uşağın özünəinamını sarsıdır - Psixoloq xəbərdarlıq etdi

Papa Rusiya və Ukraynanı danışıqlar masası arxasına oturmağa çağırıb

Yeni təyin olunan icra başçısı onun müavini imiş

Yeni icra başçısı Harvard məzunudur

ABŞ dörd ölkənin rəsmilərinə viza qadağası qoydu

Aslı Enverin ərinə bu ölkədə vəzifə verildi - Türkiyədən köçürlər

TOFİQ KİŞİ : (İsmayıllı şəhidi Mayılın atasını dərdli, qəmli, amma məğrur gördüm...)

AYƏTXAN ZİYAD - 75

AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Putin ordu ilə bağlı həmin fərmanı imzaladı

90 min əhalisi var, yüzlərlə işçi axtarılır: xaricilərə 5000 avroyadək maaş təklif olunur

Süni intellektlə 95 milyon avroluq fırıldaq: Bank rəhbərini belə aldatdılar

Doğum gününüz mübarək olsun əzizimiz İradə xanım!

"Həmin şəxslər məsuliyyətə cəlb olunana qədər mövqeyimiz dəyişməyəcək" - Ərdoğan

37 yaşlı yeni başçının - Dosyesi

Vətənə Bağlı Bir Ömür - Bir Ocağın Döyüş Və Şərəf Yolu - FOTO

Bank adından zəng edən dələduzlar - bu məlumatı paylaşmayın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930