“Heydər Əliyev və tarixi Zəfərə aparan yol” tamaşası nümayiş olunub
Fevralın 18-də Bakı Gənclər Mərkəzində Xudafərin teatrı, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatı, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşası nümayiş olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüz uğrunda canından keçən qəhrəmanların, həmçinin Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə Xudafərin teatrının rəhbəri, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının əməkdaşı Günel Əmirova, təşkilatın sədr müavini Məcid Məmmədov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, Milli Məclisin deputatları Elman Nəsirov, Aydın Hüseynov və başqaları çıxış edərək hər bir xalqın tarixində xilaskara çevrilən dahi şəxsiyyətlərin olduğunu, Azərbaycan xalqının tarixində isə həmin vacib missiyanı məhz Ulu Öndər Heydər Əliyevin yerinə yetirdiyini qeyd ediblər. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu diqqətə çatdıran natiqlər bütün dünya azərbaycanlılarının, türkdilli xalqların müstəqil Azərbaycanın yaradıcısı və memarı, XX əsr Azərbaycan tarixinin ən parlaq siması olan Ümummilli Liderin 100 illik yubileyini qeyd etdiyini bildiriblər. Qeyd olunub ki, dahi liderin vaxtilə işğal altında olan torpaqların düşmən tapdağından xilas edilməsi üçün həyata keçirdiyi daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Məhz bunun məntiqi nəticəsidir ki, Prezident İlham Əliyevin qətiyyəti, xalqımızın həmrəyliyi və ordumuzun gücü nəticəsində 44 günlük Vətən müharibəsi Şanlı Zəfərlə sona çatdı. Bildirilib ki, “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşasının məqsədi də dahi şəxsiyyətin örnək dolu fəaliyyətini təbliğ etmək, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni yeni nəslə çatdırmaqdır.

Çıxış edənlər, həmçinin bu cür ictimai-siyasi, mədəni əhəmiyyətli, vətənpərvərlik ruhunun təbliğinə yönəlmiş təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Çıxışlardan sonra “Heydər Əliyev və tarixi Zəfərə aparan yol” teatr tamaşası nümayiş olunub, incəsənət xadimlərinin ifasında musiqi nömrələri səsləndirilib.
“Heydər Əliyev və tarixi Zəfərə aparan yol” tamaşası nümayiş olunub
“Heydər Əliyev və tarixi Zəfərə aparan yol” tamaşası nümayiş olunub

Son xəbərlər

Somali quldurları BƏƏ bayraqlı tankeri ələ keçirib

Qəzada ölən 17 yaşlı Yusifin - Fotoları

Şəhla Xəlilqızı : Aparar aşiqi məzara sevgi - FOTO

MƏMMƏD QƏDİR : Allahın yadında varamsa bəsdir - FOTO

Filippində Mayon vulkanı püskürməyə başlayıb

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Ata yurdumda düşüncələrim… - FOTO

“Keçmişə mesaj göndərmək mümkündür”

Təl-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir

"Top ABŞ-nin meydanındadır" - İran rəsmisi

SÖZÜN KAPİTANI - FOTO

Cümşüd Aydəmir : Ağsaqqaldı,artıq səksən yaşında - FOTO

İranda 21 yaşlı karate çempionu edam edildi

Bədii gimnastika üzrə Avropa Kubokunda növbəti mükafatçılar bəlli olub

Azərbaycan cüdoçuları 3 fərqli turnirdə ümumilikdə 5 medal qazanıblar

Azərbaycan minifutbol millisi Bosniya və Herseqovina yığmasını darmadağın edib

"Lider"in aparıcısı geyiminə görə tənqid olundu - FOTO

Generala yeni elmi ad verildi

İngiltərə Premyer Liqası: “Arsenal” çempionluq yolunda vacib qələbə qazanıb

ChatGPT insanı saniyələr içində "oxuya" bilər - Şəxsiyyət təhlili üçün 10 sorğu

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər - XƏBƏRDARLIQ

Dağ kəndlərində təhlükə artır: Canavar hücumları çoxalıb

Ölkədə pensiya yaşı 60-a SALINIR?

Bir reklamdan 135 milyon qazanıb tarixə düşdü

“Küçük İbo” illər sonra - Fotolar

Xalq şairmiz Sabir Rüstəmxanlının 80 illik yubileyinə - FOTO

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Oskar mükafatında süni intellektə məhdudiyyət qoyulub

Azərbaycanlı müəllifin pyesi əsasında hazırlanmış tamaşa Ümumrusiya müsabiqəsinin qalibi olub

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031