Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Prezidenti ilə görüşüb
Sentyabrın 12-də Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Tacikistan Prezidenti Emoməli Rəhmon Milli Məclisin sədri Sahibə Qafarovanı salamlayaraq deyib ki, onun ölkəsi Azərbaycanla səmimi, dolğun və konstruktiv dövlətlərarası münasibətləri yüksək qiymətləndirir və bu münasibətlərin daha da möhkəmlənməsinə xüsusi diqqət yetirir. O, xalqlarımız arasındakı dostluq və əməkdaşlıq ənənələrindən, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqdan, parlamentlərarası əlaqələrdən, iqtisadi, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsindən danışıb.

Prezident Emoməli Rəhmon bildirib ki, bu gün Tacikistan-Azərbaycan əməkdaşlıq əlaqələri bir çox istiqamətlərdə inkişaf edir. Tacikistan Prezidenti ölkələrimizin BMT, ATƏT, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və bir sıra digər beynəlxalq və regional təşkilatlarda uğurlu əməkdaşlığını qeyd edərək, qanunverici orqanlarımızın da beynəlxalq parlament təşkilatlarında səmərəli əməkdaşlığının dövlətlərimizin və xalqlarımızın maraqlarına uyğun olduğunu söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlament nümayəndə heyətinə göstərilən yüksək səviyyəli münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Tacikistan Prezidentinə çatdırıb.

Azərbaycan parlamentinin sədri Sahibə Qafarova bildirib ki, xalqlarımız arasında tarixən mövcud olan dostluq münasibətləri bu gün ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlığı üçün geniş baza yaradır. Azərbaycanın və Tacikistanın bir çox istiqamətlərdə qarşılıqlı faydalı əlaqələrindən bəhs edən Milli Məclisin sədri ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsində dövlət başçılarının önəmli rolunu vurğulayıb.

Azərbaycan parlamentinin sədri iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın da uğurla inkişaf etdiyini bildirərək, bu istiqamətdə atılan addımlar barədə məlumat verib. O, cari ilin mart ayında Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını, bu sənədin əməkdaşlığımızın daha da genişlənməsinə ciddi əsaslar yaratdığını diqqətə çatdırıb. Sahibə Qafarova Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisinin sədri Rüstəm Emoməlinin, Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərə töhfə verdiyini qeyd edib. O, beynəlxalq parlament təşkilatlarında da qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışıb.

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Prezidentinə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, ölkəmizin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Şəbəkənin Bakıda keçirilən birinci konfransı barədə ətraflı məlumat verib.

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirərək, onun da salamlarını və xoş arzularını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Milli Məclisin sədri Sahibə Qafarova Tacikistanın kütləvi informasiya vasitələrinə müsahibə verib. Azərbaycan parlamentinin sədri bu ölkədə keçirdiyi görüşlər, Azərbaycanla Tacikistan arasında münasibətlər, parlamentlərarası əməkdaşlıq və digər mövzular barədə jurnalistlərin suallarını cavablandırıb.
Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Düşənbədə Tacikistan Prezidenti ilə görüşüb

Son xəbərlər

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Məşhur aktyor sevgilisinin oğlu tərəfindən qətlə yetirildi

Dünya sərt qayalı künc-bucaq oldu - FOTO

Bakıda bazar günü intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Su təsərrüfatı və meliorasiya işçiləri təltif edilib - SƏRƏNCAM

İlham Əliyev: Azərbaycan ekoloji problemlərlə bağlı öhdəliyə tam məsuliyyətlə yanaşır

İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddətinin artırılması ilk oxunuşda qəbul edilib

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930