Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşübİyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. Sahibə Qafarova deyib ki, xalqlarımız öz tarixlərinin ən çətin dönəmlərində bir-birilərinə həmişə dəstək nümayiş etdiriblər. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətləri ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, “bir millət, iki dövlət” fəlsəfəsinə əsaslanır.

Görüşdə Sahibə Qafarova söyləyib ki, tarixi dostluq, strateji tərəfdaşlıq əsasında qurulan əlaqələrimiz bu gün yüksələn xətlə inkişaf etməkdədir. Dövlət başçıları arasında mövcud olan yüksək səviyyəli münasibətlər, mütəmadi təmaslar əlaqələrimizin daha da genişlənməsinə və inkişafına xidmət edir. Azərbaycan Prezidentinin müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə həmişə birmənalı dəstək verməsi, Vətən müharibəsi dönəmində Türkiyə dövlətinin və onun Prezidentinin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstək bunun bariz sübutudur.

Spiker daha sonra hər iki ölkənin hakim partiyaları – YAP və AKP arasında münasibətlərə toxunaraq deyib ki, Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əlaqələr ölkələrimiz arasında münasibətlərin inkişafına da əsaslı töhfələr verir.

Sahibə Qafarova Azərbaycanın və Türkiyənin qanunvericilik orqanları arasında da əlaqələrin daim inkişaf etdiyini vurğulayaraq, Milli Məclisin fəaliyyəti, ölkəmizdə yeni siyasi konfiqurasiyada parlamentdə həyata keçirilən islahatlar barədə qonaqlara ətraflı məlumat verib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş ölkəmizə səfərlərindən və burada keçirilən görüşlərdən məmnun qaldıqlarını söyləyib. Qonaq 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycanın qazandığı tarixi Zəfər münasibətilə təbriklərini çatdırıb. Bildirilib ki, 30 il ərzində erməni işğalına göz yuman beynəlxalq qurumlar problemin həlli istiqamətində konkret addımlar atmayıb. Azərbaycan öz gücü ilə torpaqlarını Ermənistanın işğalından azad edib. Bu Zəfər təkcə azərbaycanlıları deyil, onların türkiyəli dostlarını da qəlbən sevindirib.

Qonaq təmsil etdiyi partiyanın YAP-la əlaqələrindən söz açaraq tərəflərin birgə həyata keçirdikləri layihələrdən danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da danışılıb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti ilə görüşüb

Son xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

Vaşinqtonla Tehranın anlaşma memorandumu – sülh, yoxsa savaş? - ŞƏRH

Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı Konfransının sessiyası keçiriləcək

Prezident İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib

Azərbaycan universitetləri beynəlxalq siyahıya düşdü

Prezident İİB Qrupunun sədrinə “Dostluq” ordenini təqdim etdi - Fotolar

İlham Əliyev qəbul keçirdi - Fotolar

Tarlalardan 443 min tondan çox tərəvəz yığılıb

“Yox" deməyi öyrənməyin yolları

Sabah 38 dərəcə isti olacaq

“Azərbaycan ali təhsil sistemi davamlı inkişaf nümayiş etdirir” - QS rəsmiləri

Yeni serialla ekranlara qayıdır

DİM: I və IV qruplar üzrə qəbul imtahanının nəticələri gələn həftə elan ediləcək

Sabah ölkə üzrə pensiyalar ödəniləcək

Prezident: Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq

Azərbaycan nefti 82.6 dollara ticarət olunur

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Karapetyan müxalifəti Paşinyana qarşı birləşdirdi

Bakının bəzi ərazilərində işıq olmayacaq

Həyat yoldaşlarının yeri səhv düşdü

Müəllif: Gülnarə Məhəmmədqızı - Yadlaşan Sevgi - FOTO

Həmkarının ABŞ-yə səfər edəcəyini açıqladı

"Taşacak bu deniz"də gözlənilməz ayrılıq - FOTO

Radarladan itən təyyarə qəza enişi etdi - YENİLƏNİB

"Nəsə etmək istəyirlər, amma nə edəcəklərini bilmirlər" - Tramp

Məşhur aktrisa 35 yaşında öldü

Qənirə Ataşovanın oğlu ABŞ-də ağır qəza keçirdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930