Sahibə Qafarova Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb


Noyabrın 3-də Milli Məclisin sədri Sahibə Qafarova Qətərin ölkəmizdəki səfiri Feysəl Bin Abdullah Əl-Hinzabla görüşüb. Spiker qonağı salamlayaraq, onu Milli Məclisdə görməyindən məmnun olduğunu söyləyib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Sədr vurğulayıb ki, Azərbaycan dost Qətər dövləti ilə müxtəlif sahələrdə əlaqələrin inkişafına böyük önəm verir. Dövlət başçılarımızın qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin möhkəm hüquqi bazasını təşkil edir. Qeyd olunub ki, bugünədək iki ölkə arasında 32 sənəd imzalanıb. Azərbaycanla Qətər arasında mövcud siyasi dialoq iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları həcmində olub.
Milli Məclisin sədri deyib ki, ölkələrimizin ali qanunvericilik orqanları arasında xoş münasibətlər mövcuddur. Bu gün Milli Məclisdə Qətərlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatlarımız nüfuzlu beynəlxalq parlament təşkilatlarında fəal iştirak edir, mühüm məsələlərin müzakirəsində bir-birilərinə dəstəklərini əsirgəmirlər.

Görüşdə Spiker Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söz açaraq, cəbhə bölgəsində mövcud durumdan danışıb. Sahibə Qafarova Azərbaycanın haqlı mübarizəsində ölkəmizə verdiyi dəstəyə görə Qətər dövlətinə və xalqına təşəkkürünü ifadə edib.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Qətərin Azərbaycandakı səfiri Feysəl Bin Abdullah Əl-Hinzab ölkəsinin Qafqazın bu bölgəsinə böyük maraq göstərdiyini söyləyib. Bildirilib ki, yüksək səviyyəli nümayəndə heyətlərinin səfərləri zamanı aparılan danışıqlar münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin yaradıb.

Qonaq, parlamentlər səviyyəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin dostluq və strateji tərəfdaşlıq münasibətlərimizin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib. Bildirilib ki, Qətər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində və digər prinsipial məsələlərdə dost və qardaş Azərbaycanın mövqeyini dəstəkləyir.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Azərbaycan Milli Mətbuatı 151 yaşını qeyd edir

NASA Marsa nüvə enerjisi ilə işləyən kosmik aparat göndərməyi planlaşdırır

"Tarixin bu günü – 22 iyul" - FOTO

Risk düşünüldüyündən daha yüksəkdir - bunu yeməyin

Telefonunuzdan bunları dərhal silin - Bu mesajlar problem yaradır

Kolbasa, meyvə şirələri və kola - Bunlar hansı orqanların DÜŞMƏNİDİR?

Doğulmamış körpələrini itirdilər

Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı

Gürcüstanda zəlzələ baş verib

Məşhur aktrisa evsiz qaldı - "6 aydır ki..."

“Halef” davam edəcək?

Eda Ece xəstəxanalıq oldu

SEVİNC YUNUSLU : Söndür bu cəhənnəmi,odu üfür,közün sıx - FOTO

DƏRDİN ŞEİR DİLİ - FOTO

NOVRUZ ASLANOV ZİYALILIĞI

Qaranlıqdan işıqlığa gedən yol: 22 İyul – Milli Mətbuat Günü

Azərbaycan və Almaniya minatəmizləmə sahəsində əməkdaşlığın davam etdirilməsini razılaşdırıblar

Azərbaycanda ilk dəfə motosikletlər təcili tibbi yardım xidmətinə cəlb olunub

Berlində İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031