Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi ilə görüşüb


Dünən Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb.

Spiker qonağı salamlayaraq deyib ki, Azərbaycan dünyanın nüfuzlu beynəlxalq qurumları, o cümlədən, BMT ilə əlaqələrin inkişafına böyük önəm verir. O, təşkilatın Bakıdakı ofisinin ölkədə keçirilən müxtəlif tədbirlərdə fəal iştirak etdiyini vurğulayıb.

Bu barədə Milli Məclisin yaydığı məlumatda qeyd olunub.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan sədr BMT-nin bu münaqişəyə dair qəbul etdiyi dörd qətnamənin bugünədək yerinə yetirilməməsini təəssüf hissi ilə qeyd edib.

Bildirilib ki, Ermənistan BMT kimi nüfuzlu bir təşkilatın qərarlarına məhəl qoymayaraq, işğalçılıq siyasətindən əl çəkmir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti heç bir nəticə verməyib.

Yeni ərazilər iddiasına düşmüş Ermənistan isə təxribatlarını davam etdirir. Bu da regionda gərginliyin artmasına səbəb olur. Spiker Ermənistan silahlı qüvvələrinin Azərbaycanın iri şəhərlərini, rayon mərkəzlərini və kəndləri artilleriya atəşinə, raket hücumlarına məruz qoyduğunu, mülki əhalini və mülki obyektləri hədəfə aldığını bildirib.

Qeyd edilib ki, yaranmış vəziyyətlə əlaqədar Milli Məclis bir sıra ölkələrin parlamentlərinə, nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb.

Sədr deyib ki, Azərbaycan problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdardır. Ermənistan isə hər dəfə beynəlxalq hüquqa məhəl qoymadığını öz davranışları ilə bütün dünyaya nümayiş etdirir.

BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi Qulam İsakzai səmimi görüşə və Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda yaranmış vəziyyət haqqında ətraflı məlumata görə Milli Məclisin sədrinə təşəkkür edərək, münaqişə ilə bağlı təmsil etdiyi qurumun mövqeyini bir daha diqqətə çatdırıb. Qulam İsakzai problemin tezliklə həllini tapacağına ümidvar olduğunu bildirib.

Sonra qonaq qlobal pandemiya - COVID-19-a qarşı mübarizədə Azərbaycanın təşəbbüslərini və gördüyü işləri təqdir edib. Qeyd edilib ki, bu məsələdə BMT-nin Bakı ofisi TƏBİB-lə daim əlaqə saxlayır və növbəti illər üçün Azərbaycan dövləti ilə birgə görüləcək işlərin planı hazırlanır.

Görüşdə BMT ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Küveyt onlara 24 saat vaxt verdi

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Roma Papası İlham Əliyevi təbrik edib

Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH

Adil Kərimli Şuşada vətəndaş qəbulu keçirəcək

Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

Hicran Əhmədli : Üzülüb Əlim - FOTO

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Əhali arasında narahatlıq: Alış-veriş zamanı kartlarımızdan əlavə pul tutulacaq?

Uşaqların beyninə zərər verən qida boyası

Ucalığın mübarəkdir, uca dağ - FOTO

Qarabağ və Şərqi Zəngəzurda su-kanalizasiya xidməti ilə bağlı görülən işlər açıqlanıb

İctimai nəqliyyat ödənişlərində YENİLİK

Türkiyəyə istirahətə gedənlərə ŞAD XƏBƏR - Qiymətlər endirilə bilər

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

Küveyt Beynəlxalq Hava Limanı PUA hücumlarından sonra fəaliyyətini dayandırıb

Azərbaycan neftinin qiyməti 102 dollardan aşağı düşüb

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

ABŞ və İran qarşılıqlı zərbələr endiriblər

Biləsuvarda ölümlə nəticələnən yol qəzası baş verib

İspaniya Ebola səbəbindən yoldaşlıq oyununu ləğv etdi

Aslıhan onunla tərəf müqabili oldu - FOTO

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

SEVİNC YUNUSLU : Mən bağışlaya bilmirəm.. - FOTO

Nesrinin serialı 1 günə 5 milyon izləndi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930