Son günlər sosial şəbəkələrdə bank kartları ilə bağlı yayılan məlumatlar geniş müzakirələrə səbəb olub. Paylaşımlarda iddia edilir ki, artıq mağaza və xidmət obyektlərində bank kartı ilə edilən ödənişlər zamanı vətəndaşların hesabından əlavə faiz tutulacaq. Bu iddialar bir çox insanda narahatlıq yaradıb, bəzi vətəndaşlar gündəlik alış-veriş zamanı əlavə xərc ilə üzləşəcəklərini düşünməyə başlayıblar.

Bəs həqiqətənmi kartla ödəniş edən şəxslər bundan sonra əlavə ödəniş etməli olacaqlar?

Məsələyə aydınlıq gətirməsi üçün müraciət edtdiyimiz iqtisadiyyat üzrə ekspert Razi Abasbəyli bildirdi ki, sosial şəbəkələrdə yayılan məlumatların həqiqət payı yoxdur və vətəndaşların kartla alış-veriş zamanı hesablarından əlavə vəsait tutulacağı ilə bağlı iddialar reallığı əks etdirmir:

"Azərbaycan Mərkəzi Bankı kart ödənişlərində tətbiq olunan interçeync komissiyalarına yuxarı hədd müəyyən edib. Qərara əsasən, supermarket və apteklərdə 1,25 faiz, yanacaq doldurma məntəqələrində 0,75 faiz, ümumi kateqoriya üzrə isə 1,5 faiz limit tətbiq olunub.

Burada vacib məqam ondan ibarətdir ki, interçeync vətəndaşın kartından tutulacaq yeni komissiya deyil. Söhbət kartı verən bank, ödənişi qəbul edən bank və ödəniş sistemləri arasında aparılan hesablaşmalarda tətbiq olunan komissiyalardan gedir. Məhz bu komissiyalar üzrə yuxarı hədd müəyyən edilir. Həmin məbləğ satıcının banka ödədiyi xidmət haqqının tərkib hissəsidir.

Sadə misalla izah etsək, vətəndaş marketdən 100 manatlıq alış-veriş edir və ödənişi kartla həyata keçirir. Bu zaman onun kartından yenə də yalnız 100 manat çıxılır. Kart sahibindən əlavə olaraq 1,25 və ya 1,5 manat tutulmur. Sözügedən faizlər banklar və ödəniş sistemləri arasında bölüşdürülən komissiyalardır".



R.Abasbəyli qeyd etdi ki, qərar vətəndaşın əlavə pul ödəməsi demək deyil, lakin onun bazara müəyyən təsirləri ola bilər:

"Bu qərarın dolayı yolla qiymətlərə təsir göstərə biləcəyini istisna etmək olmaz. Gələcəkdə bəzi supermarket şəbəkələri və ya xidmət obyektləri xərclərinin artdığını əsas gətirərək qiymət artımına gedə bilərlər. Qərarın özü vətəndaşın kartından alış-veriş zamanı əlavə vəsait tutulmasını nəzərdə tutmur".

Ekspert hesab edir ki, qərarın əsas təsirlərindən biri keşbek proqramlarında özünü göstərə bilər:

“Nağdsız hesablaşmaları stimullaşdırmaq üçün tətbiq edilən təşviqedici proqramların təsir gücü tədricən zəifləyə bilər. Keşbeklərin azalması və ya tamamilə ləğv olunması vətəndaşların nağdsız ödənişlərə marağını azalda bilər ki, bu da mənfi tendensiya hesab olunur.

Digər tərəfdən, həm POS-terminallar vasitəsilə xidmət göstərən bankların, həm də plastik kart emissiyası həyata keçirən bankların xərcləri arta bilər. Müəyyən edilmiş yuxarı hədd çərçivəsində hesablanan komissiyalar banklarla sahibkarlar arasında bölüşdürüləcək. Bu isə həm bankların, həm də sahibkarların əlavə xərc yükü ilə üzləşməsinə səbəb ola bilər.

Nəticədə keşbeklərin ləğv olunması və ya azalması vətəndaşların plastik kartlarla ödənişə marağını zəiflədə, nağdsız alış-verişlərin həcminin azalmasına gətirib çıxara bilər. Eyni zamanda, xüsusilə apteklər və ərzaq mağazalarında sahibkarların xərclərinin artması qiymət artımına da təsir göstərə bilər".

"Lakin bir məqamı xüsusi vurğulamaq lazımdır. Bu qərar vətəndaşın kartından əlavə pul tutulmasını nəzərdə tutmur və alıcı alış-veriş zamanı hər hansı əlavə ödəniş etməyəcək", – deyə Razi Abasbəyli qeyd etdi.

Mənbəy: səhər

Son xəbərlər

Mətanətdən Vüqar Muradova ağır sözlər

Günün qoroskopu: Köhnə borcları bağlamaq zamanıdır

KİV: İran Qətərdəki ABŞ Hərbi Hava Qüvvələri mərkəzini sıradan çıxarıb

Dünyanın ən uzun yoludur, amma heç bir yerə aparmır - Fotolar

HƏSƏNXAN ƏSƏDOV : Şairlər Tanrının sevdikləridir - FOTO

CÜMŞÜD AYDƏMİR : Sevim,sevməyim... - FOTO

Adilə Nəzərin “Mühacirət monoloqu” - FOTO

Pentaqon: Avropa öz təhlükəsizliyinə görə daha çox məsuliyyət daşımalıdır

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Sənubər Səhər : Duyğularımızın hakimi özümüzük?

ŞƏMSİYƏ KƏRİMOVA : Səni çox sevirik və çox darıxırıq... - FOTO

BMT TŞ Ukrayna ilə bağlı iclas keçirdi

Ermənistanda "sükut günü" başladı

QÜRBƏT AĞRISINI POEZİYAYA ÇEVİRƏN ŞAİR : Afiq Goycəli... - FOTOLAR

İLQAR BİZƏBAN : Ağ söyləsə ağdır,deməli qarə deməzlər - FOTO - QƏZƏL

UNUDULMAZ MÜƏLLİMİM HAQQINDA KİTAB - FOTO

“Baffi”nin aktyoru öldü

Türkiyənin balıqçı gəmisinə hücum oldu - Ölən və yaralananlar var

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib

Mirələm Mirələmovun atası vəfat etdi

Azov dənizində yaralanan azərbaycanlıların sayı artdı

Fransa, Britaniya və Almaniya liderləri Zelenski ilə görüşəcək

Bakıxanovda yaşayış binası yanır

ETX: Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

15 günə məlumat verməyən CƏZALANACAQ

Mikayıl Müşfiqin doğum günüdür

Mehriban Əliyeva minifutbol yığmamızı təbrik etdi

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930