Rusiyadan qorunan Finlandiya – müdafiə xərclərini artıran Avropa - ŞƏRH


Finlandiya hərbi xərclərini artırmağı nəzərdə tutur. Parlamentin koalisiya və müxalifət nümayəndələrindən ibarət işçi qrupu müdafiə naziri Antti Hakkanenə 2030-cu ilə qədər müdafiə xərclərinin ikiqat artırılmasını tövsiyə edən hesabat təqdim edib. Bildirilib ki, bu ilin dövlət büdcəsində müdafiə xərcləri 7,7 milyard avrodur. İşçi qrupunun qənaətincə, 2029-cu ildə ölkənin müdafiə qabiliyyətinin təmin olunması üçün 14 milyard avrodan çox, 2036-cı ilə qədər isə 15 milyard avroya qədər maliyyə vəsaitinə ehtiyac var.

Bu isə öz növbəsində birbaşa müdafiə xərclərinin ümumdaxili məhsulun 3,5%-nə çatdırılmasını nəzərdə tutan NATO-nun tələbindən çoxdur.

Sənəddə əsas təhlükə mənbəyi olaraq Rusiya və onun mümkün gözlənilməz addım atması vurğulanıb.

Finlandiyanın ehtiyatlanması səbəbsiz deyil. Çünki tarixi faktlar onu göstərir ki, Finlandiya həm çar Rusiyası həm də Rusiyanın varisi olduğu SSRİ-dən hərbi təzyiq və təcavüz görüb.

Tarixdən bəzi örnəkləri qeyd etmək istərdik. Rusiyada çarizm süqut etdikdən sonra Finlandiya müstəqil elan olunub. Bolşeviklər onun müstəqilliyini əvvəlcə tanısalar da, bir müddət sonra bu ölkədə vətəndaş müharibəsi başlayıb. Onda Sovet Rusiyası Finlandiyaya yardım etmək, Almaniya və İsveçin dəstəklədiyi "ağlar" mübarizə aparmaq üçün Şərqi Kareliyaya daxil olub. Birinci Sovet-Fin müharibəsi 1920-ci ilin sonuna qədər davam edib. Bu həm də ölkənin sovetləşmədən xilas olması kimi də qiymətləndirilir.

İkinci dünya müharibəsi ərəfəsində sovetlər "Leninqradın təhlükəsizliyini təmin etmək" adı altında Finlandiyanın işğal edib. 1939-cu ildə başlamış Sovet-Fin müharibəsi 105 gün davam edib. Hərbi əməliyyatlar 1940-cı ilin martında Moskva sülh müqaviləsinin imzalanması ilə dayandırılıb. Bu sənədə əsasən, Finlandiya öz ərazisinin təxminən 10 %-ni Sovet İttifaqına güzəştə gedib. 430 min fin Finlandiya hakimiyyəti tərəfindən cəbhəyanı rayonlardan ölkənin daxili bölgələrinə köçürülüb.

Finlandiya İkinci dünya müharibəsində işğal edilmiş torpaqlarını, o cümlədən Kareliyanın bir hissəsini geri qaytardı.

1956-cı ildə Sovet İttifaqı Helsinki yaxınlığında 50 illiyə icarəyə götürdüyü Porkkala ərazisindən bazasını çıxmaqla Finlandiya ərazisini tamamilə tərk etmiş olub.

Finlandiya "soyuq müharibə" illərində daim sovet təhlükəsinə qarşı tədbirlər görüb. Ona görə də ölkə Avropada ən etibarlı və genişmiqyaslı mülki müdafiə sistemlərindən birinə malikdir. Finlandiyada eyni vaxtda təxminən 4,8 milyon nəfərin, əhalinin 88 %-nin sığına biləcəyi 50 500 bunker mövcuddur.

Bu ölkə Rusiyadan gələn təhdid və təhlükəyə qarşı müqavimət göstərmək məqsədi ilə 2023-cü ilin aprelində NATO-nun üzvü olub. Finlandiya uzun illər hərbi sahədə tərəfsizliyini qorusa da RF-nin Ukraynaya qarşı müharibəsindən sonra təhlükəsizlik təminatı almaq məqsədilə bu addımı atdığını gizlətməyib. Bununla da ölkə Alyansın nizamnaməsinin kollektiv müdafiəyə dair 5-ci maddəsinin tətbiqi ilə təmin olunub.

Şimali Atlantik alyansına İsveçlə birlikdə üzv olandan sonra RF hər iki dövləti hədələyib. Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bildirib ki, Finlandiya və İsveç NATO-ya üzv olarlarsa, Baltik dənizi nüvəsizlik statusunu itirə bilər.

Bu günlərdə Rusiyaya məxsus dronun Rumıniya ərazisinə düşməsi NATO ölkələrini təhlükəsizlik məsələsində daha tədbirli davranması üçün də əsas sayıla bilər. Çünki bu Alyans ərazisi ilə bağlı ilk hadisə deyil, RF Ukraynaya raketlər və dronlarla kütləvi hücumlar edərkən, onlar NATO ölkələrinə - Rumıniya, Polşa, Latviya, Estoniya, Litva ərazilərinə, sərhədyanı bölgələrə liman və mülki infrastrukturlara düşür.

Rumıniyada baş vermiş məlum hadisədən sonra Dmitri Medvedev bildirib ki, ərazilərində Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pilotsuz uçuş aparatları istehsal olunan Avropa dövlətlərinin sakinləri rahat yata bilməyəcəklər:

"... Onlar bununla barışsalar yaxşıdır. Bu son dəfə olmayacaq. Müharibə gedir! Və Aİ ölkələrinin vətəndaşları, müharibə aparan ölkələrin əhalisi kimi, dinc gecələr gözləyərək yatağa girməməlidirlər".

Finlandiya kimi Avropa İttifaqı və NATO üzvləri də Rusiya təhlükəsindən ehtiyatlanaraq, hərbi xərcləri artırırlar.

Avropa Müdafiə Agentliyinin məlumatlarına görə, 2025-ci ildə qlobal hərbi xərclər rekord səviyyəyə, 2,9 trilyon dollara çatıb. Bunu Prezident Donald Trampın NATO və Aİ-dəki ABŞ müttəfiqlərinə xəbərdarlıqlarından, habelə təzyiqlərindən sonra baş verdiyini də qeyd etmək yerinə düşər. Çünki o, prezidentliyinin birinci dövründə də müttəfiqlərə müdafiə xərclərini artırmağa çağırırdı. Rusiyanın Ukraynadakı müharibəsi Avropa ölkələrinin real təhlükə ilə üzləşdiyini isbatlayır.

Avropa Rusiyanın savaşla qapılarını döyəcəyindən ehtiyatlanmaqda haqsız olmadıqlarını sübuta yetirir. Finlandiyanın davranışı, hazırlığı da buna örnəklərdən sayıla bilər.(Report)

Son xəbərlər

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31